Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Fermerlərə yararsız buğda verilib?


Rayon fermerləri toxumliq buğdanın zay olduğunu idda edirlər

Rayon fermerləri toxumliq buğdanın zay olduğunu idda edirlər

Salyan rayonunda fermerlərin bu il 200 hektara yaxın ərazidə əkdiyi buğdanın çoxu bitməyib . Rayonun Kürqaraqaşlı kəndinin sakini Mirlazım Əliyev deyir ki, bir ətək pul töküb kilosu 50 qəpiyə toxumluq buğda alıb əkib, amma ortalıqda heç nə yoxdur:

“MAL YEMİ BUĞDANI DƏRMANLAYIB SIRIYIBLAR BİZƏ”

“Mal yemi üçün olan buğdanı dərmanlayıb toxumluq buğda kimi sırıyıblar bizə, biz də əkmişik çıxmayıb”.

Buğdanı Yevlaxadakı “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) Salyan rayon Sort Sınaq Məntəqəsi alıb. Rayon fermerləri indi həmin məntəqənin rəhbərini axtarmaqadılar. Adamlar buğda aldıqları məntəqə rəhbərini tapmasalar da, mövcud vəziyyətdən aidiyyatı qurumların hamısı xəbərdardır.

“ŞİRKƏTDƏN PUL QOPARMAQ İSTƏYİRLƏR...”

Rayon fermerləri toxumliq buğdanın zay olduğunu idda edirlər. Toxum satan qurum isə günahı fermerlərdə görür. “Azərtoxum” MMC-nin rəhbəri Ramazan Qaraşahid deyir ki, onlar fermerlərin narazılığından sonra Salyana nümayəndə göndərib, əkilən buğdadan nümunə götürüblər.

Ramazan Qaraşahid deyir ki, sahələrdən götürülən toxum nümunələrin laboratoriya analizində 99 faizlik müsbət nəticə üzə çıxıb. Cəmiyyət rəhbəri analizin nəticələrini Kənd Təsərrüfatı Nazirliyinə göndərdiklərini bildirir. Bu baxımdan da o, Salyan fermerlərinin fikirləri ilə razılaşmır. Hesab edir ki, fermerlər əkindən sonra suvarmanı düzgün aparmayıb, ona görə də toxum çürüyüb:

“Su çox olub ki, bu da toxumun cücərməsinə deyil, çürüməsinə gətirb çıxarıb. İndi öz xətalarını etiraf edə bilmirlər, bizi günahkar çıxarırlar. Başqa bir şey deyə bilmirlər, şirkətdən pul qoparmaq
Əslində əkilən sahələrin 10-12 faizində cücərmə olmayıb, qalan sahələrdə hər şey qaydasındadır
istəyirlər”.

Ramazan Qaraşahid deyir ki, il ərzində rayonlara 10 min tondan çox toxumluq buğda satıblar, amma Salyandan başqa heç yerdən şikayət eşitməyiblər:

“10 min ton buğdadan 100-102 tonu Salyan rayonuna satılıb. Fikirləşin, bu mində bir belə deyil , amma şikayət ancaq Salyandan gəlir. Səbəb odur ki, ya buğda əkilən ərazilər şorandır, ya bu işdən bir neçə nəfər nə isə umur”.

İCRA HAKİMİYYƏTİ ÇIXIŞ YOLUNU MƏHKƏMƏYƏ MÜRACİƏTDƏ GÖRÜR


Salyan fermerlərinin dediklərini rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı məsələləri üzrə müavini Ələddin Abbasov da etiraf edir. O deyir ki, fermerlərin şikayətindən sonra bu məsləyə müdaxilə edib. Toxum satan şirkətin nümayəndəsi ilə birgə əkin sahələrini gəzib. Ələddin Abbasova görə, fermerlər məsələni çox şişirdirlər, əslində əkilən sahələrin 10-12 faizində cücərmə olmayıb, qalan sahələrdə hər şey qaydasındadır. O, toxumda problem olduğunu bildirsə də, günahı daha çox fermerlərdə görür:

“Yəni ki, aqrotexniki qaydalara düzgün əməl etməyiblər. Bəzi yerlərə çox su verilib. Yerdə su durub və nəticədə buğda çürüyüb”.

Amma Ələddin Abbasov həm də bildirir ki, Salyandan başqa Saatlı, Sabirabad və digər rayonlarda da bu kimi problemlərin olduğu barədə məlumatlar eşidib.

İcra hakimiyyətinin “Azərtoxum” MMC-yə qarşı hər hansı tədbir görmək səlahiyyətinin olmadığını bildirən Ə.Abbasov fermerlərə məsləhət görür ki, ən yaxşısı məhkəməyə müraciət etməkdir.

BÖYÜK MƏSULİYYƏTSİZLİK

Ömrünün yarısını əkinçiliyə sərf edən adamları əkini düzgün sulamamaqda günahlandırmaq gülməli məsələdir
63 yaşlı fermer Mirlazım Əliyev günahın əkinçinin üstünə atılmasını düzgün saymır. O deyir ki, ömrünün yarısını əkinçiliyə sərf edən adamları əkini düzgün sulamamaqda günahlandırmaq gülməli məsələdir. Mirlazım Əliyevin fikrincə, əgər şirkət dəmyə (suvarılmayan torpaq) torpaqlar üçün nəzərdə tutulan buğdanı suvarılan torpaqlar üçün satıbsa, bu böyük bir məsuliyyətsizlikdir.

NAZİRLİK PROBLEMİ ƏKİLƏN TOXUMDA GÖRÜR


Kənd Təsərrüfatı Nazirliyi isə problemi fermerlərdə yox, toxumda görür. Nazirlikdə baş idarə rəisi Sabir Vəliyev deyir ki, əgər toxum yaxşı olsaydı buğda bitərdi:

“Nəyi müsbətdir, müsbət olsaydı bitərdi”.

Sabir Vəliyev toxum satan şirkətin fermerləri günahlandırması ilə də razılaşmır:

“Görünür hansısa mütəxəssis səhv edib, hardansa alınan toxumdu və içərisində də belə yararsız toxumlar var”.

Sabir Vəliyev “Azərtoxum” MMC-nin nazirliyə laboratoriya nəticələri göndərməsini də təsdiqləmir.

Dekabrın 10-da Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq Müfəttişliyində tərəflərin iştirakı ilə yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb. Amma hələlik nazirlik müzakirələrin nəticələri ilə bağlı hər hansı məlumat yaymayıb.

Şərhləri göstər

XS
SM
MD
LG