Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

WikiLeaks haker hücumlarından xəbəri olmadığını bildirir


ABŞ diplomatlarının ölkələrinə göndərdikləri qalmaqallı gizli məktubları yaymaqla məşhurlaşan WikiLeaks saytı onunla həmrəylik əlaməti olaraq başqa saytlara hücum etdiyini deyən hakerlərlə heç bir bağlılığı olmadığını bildirib. Bu barədə WikiLeaks-in sözçüsü Kristinn Hrafnsson dekabrın 10-da bəyan edib. Amma o, anonim haker qrupun “internetin azadlığı üçün müharibə” adlandırdığı kampaniyanı nə müdafiə edib, nə də pisləyib.

Qrup WikiLeaks-ə xidmətdən imtina edən Visa, MasterCard və İsveç hökumətinin saytlarını dağıdıb. Anonim adlanan bu qrup növbəti hədəfinin amazon.com olacağını bildirir. ABŞ-ın internet şirkəti olan amazon.com WikiLeaks-in materiallarını öz serverlərindən silib. Bildirib ki, serverlərə WikiLeaks əleyhdarı olan haekrlərin serverlərə hücumları oradakı başqa saytların materiallarına da təhlükə yaratdığı üçün bu addımı atmalı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG