Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Britaniya təhlükəsizlik xidmətinin xətasını araşdırır


Britaniya polisi şahzadə Çarlzın maşının tələbələrin etiraz aksiyasının içinə necə düşməsinə görə təhlükəsizlik xidmətinin səhvlərini araşdırmağa başlayıb. Dekabrın 9-u gecə Şahzadə Çarlz və onun xanımı Kamillanı aparan maşın qəzəbli tələbə aksiyasının mərkəzinə düşüb. Onlar maşının pəncərəsini rəngləyib, şüşəni sındırıb, “Onların başını üzün!” şüarları səsləndiriblər. Amma sürücü onların hər ikisini xəsarət almadan aksiyaçıların əhatəsindən çıxara bilib.

Dekabrın 9-da Britaniya parlamenti universitetlərdə təhsil haqlarının üç dəfə artırılması barədə qanunu təsdiqləyib. Buna görə Londonda və ölkə boyu tələbələrin etiraz aksiyaları başlayıb. Polis hüquq-mühafizə orqanları ilə tələbələrin toqquşmalarında səkkiz polis əməkdaşının, 13 tələbənin yaralandığını, aksiya iştirakçılarından 34 nəfərinin saxlandığını bildirir.

Baş nazir David Cameron zorakılıqları pisləyib, xəbərdarlıq edib ki, onun qarşısının alınması üçün bütün qanuni tədbirlər görüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG