Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Qorbaçov Putinin adını çəkmir, amma tənqid edir


SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bildirir ki, anti-demokratik tendensiyalar Rusiyada sabitliyə təhlükə yaradır. "Novaya Qazeta”da dekabrın 10-da çap olunan məqaləsində Qorbaçov yazır ki, son vaxtlar keçirilən seçkilər, demokratik azadlıqların məhdudlaşdırılması, korrupsiyanın yayılması, siyasi rəqabətin olmaması Rusiyanın inkişafını əngəlləyir.

Qorbaçov məqaləsində Baş nazir Vladimir Putinin adını çəkməsə çəkməsə qeyd edir ki, ölkənin siyasi həyatında geriləmə 2005-2006-cı illərdən başlayıb. Həmin illərdə Putin ikinci prezidentlik dövründə hakimiyyət başında idi.

Qorbaçov bildirir ki, prezident Dmitri Medvedev keçən həftə özünün videobloqunda ölkənin durğunluq ərəfəsində olması barədə xəbərdarlığında haqlı idi. Amma keçmiş prezident həm də Medvedevi tənqid edib ki, problemi desə də çıxış yolunu göstərməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG