Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:54

Aştianinin buraxılması xəbəri yalan çıxdı


Səkinə Məhəmmədi Aştiani
Səkinə Məhəmmədi Aştiani
İranda daşqalaq yolu ilə ölüm cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştianinin azadlığa buraxılması barədə beynəlxalq mediada yayılmış xəbərləri İran təkzib edib.

İranın dövlət televiziyası bildirib ki, ərinə xəyanət etmiş qadın azad olunmayıb, əksinə, televiziyada onun öz ərini necə öldürməsi barədə veriliş yayımlanacaq.

İngilisdilli peyk kanalı olan Press TV bununla da Səkinənin azadlığa buraxılmasına sevinən hüquq müdafiəçilərini sevincini gözündə qoyub.

Press TV bir qədər əvvəl İranın şimal-qərbindəki Üskü şəhərindəki evində Səkinənin oğlu Səyyad Qədirzadə ilə birlikdə görüntülərini yayıb. Bu görüntülər də beynəlxalq aləmdə İranın təzyiqə boyun əyərək Səkinəni azadlığa buraxması şayiələrinə səbəb olub.

İndi isə Press TV saytında təkzib yerləşdirərək bildirib ki, əslində onu öz evinə ədliyyə orqanları gətirib ki, ərini necə öldürməsi hadisəsini dəqiq təsvir etsin.

Həmin məlumatda bildirilir ki, veriliş dekabrın 10-da televiziyada göstəriləcək.

PRESS TV-NİN BU HƏRƏKƏTİNİ PİSLƏYİRİK

u xəbəri Almaniyada yerləşən Daşqalağa Qarşı Beynəlxalq Komitə pisləyib. Təşkilatın rəhbəri Mina Əhədinin adından danışan Məryəm Namazi deyib ki, onlar əvvəlcə elə biliblər ki, Aştiani azadlığa buraxılıb. O deyib ki, PressTV-nin Səkinə haqqında görüntüləri onun azadlığa buraxılması üçün kampaniya aparanları qəsdən çaşdırmaq məqsədi ilə yayılıb:

“Biz birmənalı şəkildə Press TV-nin bu hərəkətini pisləyirik. Onlar özlərini media adlandırırlar. Əslində isə rejimin kəşfiyyat xidmətinin bir qolu kimi fəaliyyət göstərirlər. Onlar Səkinəni cinayəti etiraf etməyə məcbur edirlər”.

Aştiani oğlu Səccad ilə - 6 dekabr 2010
İslam şəriət qanununda ərinə xəyanət yeganə cinayət növüdür ki, buna görə daşlamaqla ölüm nəzərdə tutulur. Səkinə bu cəzaya məhkum edilsə də, Qərb dövlətlərinin və İranla isti münasibətləri olan ölkələrin etirazından sonra qərarın icrası dayandırılıb.

BARBAR QƏRARI

Avropa Birliyi bu qərarı “barbar qərarı” adlandırıb. Vatikan isə İrandan mərhəmət göstərməyi xahiş edib. Braziliya isə Səkinəyə sığınacaq təklif edib. Bununla belə, o hələ də edam oluna bilər.

Bundan əvvəl də Səkinə Aştiani iki dəfə İranın dövlət televiziyasına çıxarılıb. Efirdə o özünü günahkar adlandırıb.

Sentyabr ayında isə İran prezidenti Mahmud Əhmədinejad ABŞ televiziyasına müsahibəsində Aştianinin daşqalaq cəzası almasını təkzib edib. Bununla da onun fikirləri digər İran rəsmilərinin fikirləri ilə ziddiyyət təşkil edib.

43 yaşlı Səkinə Aştiani 2006-cı ildə iki ayrı məhkəmə qərarı ilə ölüm hökmünə məhkum edilib. 2007-ci ildə qətlə görə ölüm hökmü 10 illə əvəz edilib. Bundan sonra başqa bir ittihama - ərinə xəyanətə görə daşqalaq edilməklə ölüm cəzası alıb.

/Sayta hazırladı: Kəbiran Dilavərli/
XS
SM
MD
LG