Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Aştiyani azad edilməyibmiş


İranın ingilisdilli Press TV telekanalı xəbər verib ki, daşqalaqla ölümə məhkum edilmiş Səkinə Aştiyaninin azad olunması barədə məlumatlar doğru deyil.

Aştiyaninin azad edilməsi barədə xəbərləri dünən Almaniyadakı Daşqalaq Əleyhinə Beynəlxalq təşkilat yaymışdı.

İran məhkəmələri Səkinə Aştiyanini ərinə xəyanət və onun qətlində ittiham edərək əvvəlcə daşqalaqla ölümə məhkum etmişdi. Onun uşaqları və vəkillər qadının bu işdə günahsız olmasına görə beynəlxalq təşkilatlardan yardım istəməsindən sonra qadının müdafiəsi üçün beynəlxalq kampaniya başlamışdı.

Bundan sonra İran hakimiyyəti daşqalaq hökmünü edamla əvəz edib.

Press Tv xəbər verir ki, Aştiyani özü qətli necə törədildiyini təsvir edib. Onun bu izahatı yazılan videolenti telekanal dekabrın 10-da axşam saatlarında yayacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG