Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Nobel Mükafatları sahiblərinə verildi, bircə çinli dissidentdən başqa...


Nobel Sülh Mükafatı dekbarın 10-da Norveçin paytaxtı Osloda təqdim edilib. Builki laureat – Çindən olan dissident Liu Xiaobo həbsdə olduğundan məraism zamanı poduma Xiaobonun portreti olan boş stol qoyulub. Çin hakimiyyəti onun arvadını da ev dustağı saxladığından mərasimdə mükafatın sahibini heç kim təmsil edə bilməyib.

Xiaobo Çində siyasi islahatlara çağıran yazılarına görə 11 il azadlıqdan məhrum edilib. Pekin Nobel Sülh Mükafatının ona verilməsini bu ölkədə kommunistlərin hakimiyyətinə qarşı yönələn addım kimi qiymətləndirib

Çinin təzyiqləri ilə aralarında Rusiya, Qazaxıstan, İran, İraq kimi ölkələr olan 18 dövlət Nobel Mükafatının bugünkü təqdimat mərasimini boykot edib.

İsveçin paytaxtında Stokholmda isə digər nominasiyalar üzrə Nobel Mükafatları sahiblərinə təqdim edilib.

Bu il tibb sahəsində bu mükafata süni mayalanmanın pioneri Robert Edwards layiq görülüb. Amma laureat xəstə olduğundan mükafatı onun xanımı qəbul edib.

Ədəbiyyat üzrə mükafat 74 yaşlı Peru yazıçısı Mario Vargas Llosaya təqdim edilib.

Fizika sahəsində mükafatı Rusiya alimləri Andre Geim və Konstantin Novoselov alıb.

Kimya sahəsində mükafat ABŞ və iki Yaponiya aliminə, iqtisadiyyat sahəsində mükafat isə ABŞ və Britaniyadan olan laureatlara təqdim edilib.

Nobel Mükafatının məbləği 1.4 milyon dollardır. Əgər onu bir neçə nəfər udarsa, mükafat da onların aralarında bölünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG