Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46
“Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda insan haqları ilə bağlı 5 əsas narahatlığı var. Ölkədən indiyədək bu instansiyaya 2000-dək şikayət göndərilib, 40 qərardad qəbul edilib. Bu qərardadların demək olar ki, heç birində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. 47 ölkənin xarici işlər nazirlikləri və təmsilçiləri hələ də Azərbaycandan cavab gözləyir”.

Bunu Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş Direktoratının bölmə rəhbəri Markos Siyager dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı bildirib.

O deyir ki, Azərbaycanda insan haqları ilə bağlı 5 problemdən biri demokratiyanın işləməsi, məhkəmələrlə bağlı məsələlərdir. O, Eynulla Fətullayevin həbsini misal gətirərək Azərbaycanda media ilə bağlı dəyişikliklərə ehtiyac olduğunu bildirib.

“Azərbaycanda sərbəst toplaşma haqqında qanunlar administrasiyaya xeyli üstünlüklər verir”, deyə Avropa Şurası rəsmisi əlavə edib. Onun fikrincə, təmsil etdiyi qurumun 4-cü qınağı həyat hüququ və işgəncəyə məruz qalma ilə bağlıdır.

Yerli məhkəmələrin qəbul etdiyi qərarlar heç də həmişə icra olunmur. Avropa Şurası nümayəndəsi deyir ki, Avropa İnsan Haqları Məhkəməsi bu problemdən də narahatdır.

Markos Siyager çıxışının sonunda bildirib ki, insan haqlarının durumu haqqında mənfi hadisələrdən danışsa da, Azərbaycanın gənc dövlətdir və hələ öyrənməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG