Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.

"AzərTac"ın verdiyi xəbərə görə, MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 hava limanında Azərbaycan prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

ANSPRESS-in Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən, MDB sammitində Rusiyanın sədrliyinin nəticələri və əsas prioritetlər müzakirə ediləcək. Əsas diqqətin iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələcəyi gözlənilir. Sammitin gündəliyində Birlik çərçivəsində azal ticarə zonası ilə bağlı iüqavilə layihəsinin müzakirəsi də nəzərdə tutulur. 2011-ci ilin MDB-də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ili elan edilməsi barədə qərar layihəsi də müzakirə ediləcək.

Sammitdə 2020-ci ilədək MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığı strategiyasının nəzərdə keçirilməsi də planlaşdırılır. Gənclər arasında əlaqələrin əsas hədəfləri, vəzifələri, prinsipləri, forma və mexanizmlərini nəzərdə tutan sənəd MDB-də ilk dəfədir hazırlanır.

Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri də 2011-2012-ci illərdə humanitar sahədə pritoritet tədbirlərdir. Bu tədbirlər planı noyabrın 19-da Sankt-Peterburqda MDB Hökumət başçıları Şurasının iclasında razılaşdırılıb.

Hüquq-mühafihzə və hərbi sahələrdə əməkdaşlıq da nəzərdə tutulur. Dövlət başçılarının MDB ölkələri arasında şübhəli şəxslərin beynəlxalq axtarışı barədə müqavilənin, eləcə də, 2011-2013 illərdə cianyətkarlıq, terrorçuluq və ektremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri ilə mübarizə proqramının layihələrini müzakirə edəcəkləri gözlənilir. 2015-ci ilədək hərbi əməkdaşlığın konsepsiyası və 2011-2015-ci illərdə sərhəd siyasəti konsepsiyasının reallaşdırılması məsələlərinin müzakirəsi də gündəliyə salınıb.

Sammitdə aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Dövlət başçılarının müzakirəsinə Çernobıl faciəsinin 25-ci ildönümü ilə bağlı birgə müraciət layihəsi də təqdim olunacaq.

İlin son zirvət toplantısında MDB-yə 2011-ci ildə sədrlik məsələsinin müzakirə ediləcəyi, o cümlədən, növbəti sammitin vaxtı və yeri barədə qərarın qəbul olunacağı gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG