Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:31

Almaniyada Azərbaycan tarixini kim tədris edəcək?


Nuridə ATƏŞİ


Alban-azərbaycan, türk Azərbaycan yoxsa Həsən Həsənovun Kimmer-çar skif Azərbaycan Tarixi?

Həyatda heç bir yerə dəvət etmədilər məni. Qapıları təpiklərimlə açıb girdim. O zaman buyur etdilər incəliklə və mən buyurdum.
Əziz Nesin

Berlin Humbold Universitetində Azərbaycanın maliyyəsi ilə növbəti 5 il ərzində Azərbacan tarixi üzrə qonaq professor vəzifəsi açılması şərəfinə Berlində 1 həftəl k Elm və Mədəniyyət həftəsi keçirilirdi.

Çox təəccübləndim ki, 15 ildən bəri Azərbaycan elmi və Mədəniyyəti yolunda təmmənnasız külüng çalan bizlər və 2003-cü ildən bəri Almaniyada rəsmi fəalliyyət göstərən N.Gəncəvi adına Mədəniyyət İnstitutu buraya dəvət edilmədi.

Rəsmi təntənəli açılışa getməsəm də ilk gün elmi konfransa getməyi özümə borc bildim.

Əziz Nesin sayağı qapıları açıb elə içəri girər-girməz ilk qarşıma çıxan tədbirin təşkilatçısı Almaniyadakı Azərbaycan Səfirliyinin məmuruna sordum: .

--Doğrudanmı sizə elə gəlir, Azərbaycan Mədəniyyəti, elmi barədə keçirilən bu tədbirdə iştirak etməyə bizim haqqımız və ixtiyarımız yoxdur?

Qarşısında durduğu Azərbaycan gerbini və bayrağını göstərərək:

- Bu gerb, bu bayraq həm də mənim dövlətimindir, bu mədəniyyət, bu elm mənim də xidmət etdiyim Vətənimindir.

Bu qədər haqsizlıq, ədalətsizlik olmaz axı siz edirsiniz?

- Yox. Nuridə xanım, nə danışırsınız? Buyurun, buyurun əlbəttə - deyərək üzünə incəliklə saxta təbəssüm verməyə çalışaraq məni nəzakətlə buyur etdi və mən buyurdum.

İlk açılış çıxışını Təhsil Naziri Misir Mərdanov edərək bu əhəmiyyətli hadisə üçün hamını təbrik etdi.

Humbolt Universiteti Tarix İnstitutnun direktoru Prof. Dr. Thomas Mergel, Humbolt Universitetində öz şəxsi və siyasi maraqların təbliğ edilmədiyi məsajını verərək yeni açılmış tarix kafedrasına uğurlar dilədi və Azərbaycan tarixinin inkişafında müsbət rol oynayacağını ümid və arzu etdi.

Konfransın aparıcısı Humbolt Universiteti Tarix institutunun Professoru, Dr. Jörg Baberovski, bu kafedranın açılması və fəaliyyəti sayəsində indiyə qədər qərbli tarixçilərin Azərbaycan və Qafqaz tarixinə məxsus bilmədikləri nələri öyrənə biləcəklərini sevinclə ifadə etdi.

Gənclik illərində Azərbaycan Dövlət Universitetində şərqşünaslıqdan təhsil almış, Azərbaycanla yaxından əlaqəsi olan xanım Professor, Dr . Eva Maria Aux bu məsulliyyətli vəzifəyə layiq görüldüyü üçün Azərbaycan səfirliyinə dərindən təşəkkür etdi və növbəti 5 il ərzində görəcəyi işlər haqqında geniş məlumat verdi.

- Türkiyədən Girəsun Universitetinin Prorektoru Azərbaycan əsilli Prof. Dr. Aygün Attar, Azərbaycan xalqının soy-kökünün şumer boylarından gələn türk xalqı kimi öz məruzəsində təqdim elədi.

İngiltərədən məruzəçi xanım, antropoloq Dr. Tamara Dragadze isə

“Gəlin tarixi, siyasətin alətinə çevirməyək"

deyərək „Siz bunu eşitmək istəsəniz də istəməsəniz də bu belədir ki, Azərbaycan xalqı müxtəlif Qafqaz xalqlarından, alban, türk –qarışıq etnik əhalidən yaranmış bir xalqdır” deyərək, sərtliklə öz mövqeyini ortaya qoydu.

Bununla razılaşmayan Azərbaycan Dövlət Universitetinin Professoru və millət vəkili Dr. Həsən Həsənli geniş və ətraflı çıxşışı ilə Qafqaz xalqlarının bir- birilərinə qarışmadan minilliklər boyu Qafqazda yaşadığını vurğuladı.

Ruminiya Babeș-Bolyai-Uiversitetinin Professoru Dr. Tasin Camil Rumıniyadakı Azərbaycan səfiri Eldar Həsənovun fəaliyyəti, onun Azərbaycanın mədəniyyəti, tarixi ilə bağlı fəaliyyətlərindən ibarət uzun bir sicilləmə məruzə elədisə də, bunun Azərbaycan Elm və Mədəniyyət Konfransı ilə nə əlaqəsi olduğunu anlaya bilmədimsə də, hər halda Almaniyada Azərbaycan ədəbiyyatının, tarixinin inkişafına yaxşı bir örnək ola biləcəyini düşündüm.

Eldar Həsənovun doğrudan mərd bir insan olduğunun, elm, bilik və mədəniyyət insanlarına qiymət verməyi bacardığını bilirdim.

Konfransın ən ciddi məqamı albanşünas Fəridə Məmmədovanın çıxışı oldu. Fəridə xanımın çıxışı ətrafında hər zamankı kimi geniş diskussiyalar oldu.

Ona verilən suallara ətraflı cavab verən tarixçi alban xalqının türk xalqından tam fərqli olduğunu və alban dilinin isə Qafqaz dilləri qrupuna aid olduğunu bir daha inadla dilə gətirdi.

Cəmil Həsənli
Görəsən tarixçilərimiz niyə qəti bir qərara gəlmirlər.

Gah albanlar türk olıur gah da qafqazlı….

Konfransın ən qeyri-ciddi və qeyri elmi hissəsi isə Azərbaycanın Polşadakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovun „elmi məruzəsi“ oldu.

Konfransın aparıcı və Humbold Universitetində yeni açılan kafedrada növbəti 5 il ərzində Azərbaycan tarixini tədris edəcək çox hörmətli xanım Prof. Dr. Eva Maria Aux növbəti məruzəçini belə təqdim etdi. „Professor, tarixçi və tarixi şəxsiyyət Həsən Həsənov“

Doğrusu mən Həsən Həsənovu Baş Nazir, Xarici İşlər Naziri və indi isə Polşadakı Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi tanıyırdım.

Çox kiçik bir araşdırma əsasında öyrəndim ki, əslində sovet zamanında Politexnik İnstitutunu bitirmişdir.

Uzun illər siyasi fəaliyyətindən sonra bu təzəlikcə yəni 2004 cü ildə Bakıda tarix elmləri namizədi olmuş və 2006-cı ildə isə Tiflisdə Tarix elmindən doktorluq müdafiə etmişdir. Amma professorluğu haradan aldığnı öyrənə bilmədim.

Qəribədir bəs deyirlər Bakıda ikinci ixtisasdan müdafiə etmək çox çətindir. 15 ildir mən Azərbaycan mədəniyyətini və tarixini araşdırıram.

Azərbaycan, Qafqaz tarixi haqqında yüzdən çox elmi məqalələrin müəllifiyəm. Elmi işim çoxdan hazırdır.

Tarixin bir qolu olan kulturologiya fakültəsindən iki diplomum, pedaqogikadan namizədlik diplomum var.

(Bir çox Avropa Universitetlərində kulturologiya tarix fakultəsinin bir qolu olaraq eyni fakultədə tədris edilir.

Bir neçə ildir ki, Azərbaycanda müdafiə etməm üçün qabağıma o qədər daşlar düzürlər ki.

Yoxsa bu qanunlar qolu zorlulara aid deyil?

5 ilin içində bir mühəndisi, 65 yaşında bir diplomatı pensiyaya göndərmək əvəzinə bir göz qırpımında tarix elmləri namizədi, doktoru və professoru yoğurmaq olurmuş demək!

Başqa vaxtı bizimkilər erməni diasporasının bütün dünyada erməni xalqı və Ermənistan dövləti üçün gördüyü müsbət işlərdən ağızdolusu danışırlar.

Amma bu gün xaricdə yaşayan bir çox savadlı və işgüzar azərbaycanlıların Azərbaycan hakimiyyətinin bu günki siyasi maraqlarına uyğun deyil, əslində isə Azərbaycan xalqının, mədəniyyətinin, ədəbiyyatının, tarixinin və demokratik dövlətçiliyinin rifahı üçün əsl töhvələr verə biləcək soydaşlarımızı nədən belə kənarlaşdırmaq, bax bunu dərk və qəbul edə bilmirəm.

Həsən Həsənov indiyə qədər Azərbaycan tarixçilərinin Qız qalası haqqında bütün tədqiqatlarını sıfıra endirərək qiz qalasının sirlərini „açmağa“ başladı.

Özü də Almaniyada möhtərəm Humbold Universitetinin konfrans tribunasından.
Sən demə qız qalası Azərbaycana təxminən e.ə 14 əsrlərdə Orta Asiyadan köç etmiş kimmerlər və çar skiflər tərəfindən təxminən e.ə 8 əsrdə tikilibmiş.

Azərbaycan tarixində olan yenilikləri diqqətlə izlədiyimə baxmayaraq „yeni kəşf edilmiş bu tarixi“ Azərbaycan tarixçiləri tərəfindən qəbul edildiyini və dəstəkləndiyini heç bir yerdə oxumamış və eşitməmişdim.

Belə bir elmi yenilik dəfələrlə ölkənin tarixçiləri, arxeoloqları ilə birlikdə müzakirə edilməli, elmi konfranslar keçirilməli, ciddi elmi dərgilərdə məqalələr nəşr olunmalı və bundan sonra Azərbaycan Dövləti adından xaricdə keçirilən konfranslara buraxılmalıdır məncə.

Həsən Həsənov hətta Bakı şəhəri Qala qapısının başında olan rəsmlərin də sirrini ilk dəfə açaraq onları da kimmer skiflərin tarixi kimi qələmə verdi.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qoşqar Qoşqarlı çıxışdan dərhal sonra söz alaraq haqlı bir sual verdi: Cənab professor, axı gələn bir xalq belə bir möhtəşəm abidə yaratmaq üçün özü ilə köklü bir ənənə gətirməli idi axı. Bu necə ola bilərdi axı? ( Əslində bu o demək idi ki, ehtiyatlı olun, burada tarixçilər də var)

Cavab qaneedici olmasa da, hər halda kimsə üstünü vurmadı.

Hələ bununla iş bitsəydi dərd yarı idi.

Bunun ardından dərhal Həsən Həsənovun oğlu Zaur Həsənov möhtəşəm addımlarla tribunaya çıxaraq özünün „Çar skiflər“ kitabının 4-cü nəşrini təqdim etməyə başladı.

Tədqiqat əsərini ciddiyə aldırmaq üçün dərhal qeyd etdi ki, kitabın birinci cildi 2005-ci ildə Azərbaycan Dövlət Universitetinin Qədim Dünya və orta əsrlər tarixi kafedrasının qərarı ilə çap edilmişdir.

Bundan sonra Amerikada, Türkiyədə müxtəlif dillərdə çap edilmişdir. Para gücünə bir kitabı müxtəlif ölkələrdə, hətta müxtəlif dillərdə çap etdirmək nə çətin bir iş idi ki görəsən?

Özü də Həsən Həsənovun oğlu üçün? Amma Amerikada, Avropada hansı ciddi tarixçi bu 4 nəşr haqqında 4 kəlmə ciddi söz demiş yazmış və bu kitabı ciddi bir tarixi kəşv olaraq qəbul etmişdi ki, bunu Humbold Universitesinin tibunasından təqdimata çıxartmışdılar?

Çar skiflərin tarixi kitabına Azərbaycanda yazıçı Anardan başlamış Polad Bülbüloğluya qədər çox sayda mədəniyyət və incəsənət xadimləri müsbət rəylər vermişdilər.

Bircə Zeynəb Xanlarovadan başqa. Bu rəylərin içində arxeoloq İlyas Babayevin adı məni lap təəccübləndirmişdi.

Fəridə Məmmədova bu kitaba rəy verməkdən imtina etdiyini bilirdim və Zaur Həsənovun çıxışına çox dərin fikrə gedərək qulaq asdığı gözümdən qaçmadı.

Tarixçi oğlunun 4-cü kitabının təqdimatını Humbold Universitetinin tribunasında etməsini iftixarla cib telefonu ilə durmadan şəkillərini çəkən „tarixçi və tarixi şəxsiyyət“ Həsən Həsənov sevincindən yerə-göyə sığmırdı.

Azərbaycan tarixini Humbold Universitetində təmsil edən ata-bala nəhəng „tarixçilərin“ qələbəsinə qətiyyən rişxəndlə yanaşmırdım, lakin Azərbaycanda bütün ömürlərini tarixə həsr etmiş əsl tarixçilərin, əsl elm adamlarının bu gün burada olmamasına təəsüflənirdim.

Əlbəttə ki Humbolt Universitetində Azərbaycan tarixinin tədris edilməsi çox sevindirici bir haldır, buna sevinməmək uğur diləməmək insafsızlıq olardı.

Amma tariximizi necə, hansı şəkildə hansı vəziyyətdə təbliğ və tədris edəcəyik.


Çox yaxşı olardı ki, Azərbaycan dövlətinin külli miqdarda paraları hesabına göbələk kimi lobbiçilər yetişdirdirənlər xaricdə bir neçə Azərbaycan tarixçisi də yetişdirsinlər.

Əlbəttə belə muzdlu lobbiçilər günlük ucuz siyasətdə, şoularda işə yarayırlar, amma ölkənin ümumilikdə xaricdəki imicinə, və demokratik bir ölkə olaraq inkişafına heç bir xeyri olmur, əksinə hər zaman bunu üzümüzə vururlar ki, sizi Avropada muzdlu lobbiçilər idarə edir.

Əlbəttə bu yazını yazmaqda məqsədim daha bir neçə zırpı düşmən qazanmaq deyil.

Deyirlər bir ölkənin iki qoruyucusu olur - biri onun sərhədlərini qoruyan əli silahlı əsgərləri, ikinci isə mədəniyyətini, tarixini qoruyan əli qələm tutan yazarları.

Bir qələm sahibi və bir Azərbaycan vətəndaşı olaraq sıravi bir „əsgər“ kimi gördüklərimi, bildiklərimi, dərk etdiklərimi (təbii ki hamısını hər zaman yazmıram) qələmə aldım.

Bütün „əsgərlər“ başlarını atıb yatmayıblar ya da yatızdırılmayıblar. Doğrudur, orduya hələlik səriştəsiz, bacarıqsız, təcrübəsiz fövqəladə və səlahiyyətli sərkərdələr gətirilir, göndərilir və dəstəklənir.

Bu ordunun və orada həyatlarını illərlə Azərbaycanın mədəniyyətinə, tarixinə, xalqın xöşbəxt gələcəyinə təmənnasız xidmət eşmiş onlarla igid əsgərlərin taleyi bu cür sərkərdələrin ixtiyarına verilir.

Zəif və bacarıqsız ordu isə nə ölkənin sərhədlərini qoruya bilər, nə də xalqın mədəniyyətini, elmini, tarixini!

Bu sadəcə bir əsgər borcu idi. Ali baş Komandanın öz ordusunun əsgərlərinin qayğısına qalıb-qalmamasından asılı olmayaraq…

Dekabr 2010 Berlin

"OXU ZALI"NDAN: BU MƏQALƏ MÜƏLLİFİN ŞƏXSİ FİKİRLƏRİNİ ƏKS ETDİRİR. MƏQALƏDƏ TƏNQİD EDİLƏN ŞƏXSLƏRİN MÖVQEYİNİ ƏKS ETDİRƏN YAZILARI DA DƏRC ETMƏYƏ HAZIRIQ.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG