Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:47

ABŞ Qarabağ məsələsində səylərini ikiqat artıracaq


ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini ikiqat artırmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ATƏT-in Astana sammitində müəyyən irəliləyiş əldə olunub.

Adam Sterlinq “WikiLeaks”in dərc etdiyi materiallarla bağlı Azərbaycan tərəfi ilə danışıqlar apardıqlarını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG