Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

Azərbaycan millisinə 21 yeni futbolçu dəvət olunub


Azərbaycan milli futbol komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts dekabrın 13-dən 16-dək

Bakıdakı təlim-məşq toplanışına 21 futbolçu dəvət edib.

Bu dəfə bir sıra əsas futbolçular dəvət almayıblar.
Dəvət alanların çoxu debütantlardır.

Onların arasında ümumiyyətlə azarkeşlərə çox da tanış olmayan Babək Nəbiyev də var.

Foqts I diviziondan da oyunçu çağırıb ki, bu da “Simurq”la kubok oyununda penaltilər seriyasında “Abşeron”u 1/4 finala çıxaran qapıçı Andrey Popoviçdir.

Zədəsini yenicə sağaldan Branimir Subaşiç isə növbəti dəfə dəvət alıb.
Qapıçılar: Aqil Məmmədov (“Bakı”), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Vurğun Hüseynov (“Turan”), Aqil Nəbiyev (AZAL), Ruslan Əmircanov (“Neftçi”), Novruz Məmmədov (“Muğan”), Arif Daşdəmirov (“İnter”)

Yarımmüdafiəçilər: Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev (hamısı “Neftçi”), Elvin Məmmədov (“Qarabağ”), Babək Nəbiyev, Samir Zərgərov (“Gəncə”), Elnur Abdullayev (“Muğan”), Əziz Quliyev (“Bakı”), Arif İsayev (“Qəbələ”)

Hücumçular: Fərid Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”), Branimir Subaşiç (“Qəbələ”)

Günün bütün mövzuları

XS
SM
MD
LG