Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

Eynulla Fətullayevin kasasiya şikayətinə baxılacaq



Dekabrın 21-də Ali Məhkəmə jurnalist Eynulla Fətullayevin Bakı Apelyasiya Məhkəməsinin onun barəsində çıxardığı həbs-qəti imkan tədbirindən şikayətinə baxacaq.

Bakı Apelyasiya Məhkəməsi noyabrın 5-də E. Fətullayev barəsində narkotik ittihamı ilə bağlı həbs-qəti imkan tədbirinin seçilməsi haqda qərar qəbul edib.

Elçin Sadıqov əlavə edir ki, kasasiya şikayəti həm də məhkəmə istintaqının aparılmasına aiddir:

“Məhkəmə qərara alıb ki, bizim apelyasiya şikayətimizə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılsın. Biz 22 noyabrda həmin qərardan kasasiya şikayəti vermişik ki, məhkəmə istintaqı aparılsın və bizim vəsatətlərimiz təmin olunaraq araşdırılsın.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona 25.000 avro kompensasiya ödəməyi tələb edib.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu il noyabrın 11-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına baxıb. Plenum jurnalistin üzərindən bəzi ittihamları götürsə də, narkotik ittihamını saxlayıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Avropa Şurası Nazirlər Komitəsi də Azərbaycan hakimiyyətini Eynulla Fətullayevi azadlığa buraxılmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG