Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17
100 il əvvəl bəzi Mərkəzi Amerika ölkələrinə “banan respublikası” deyirdilər, təkcə ona görə yox ki, bu ölkələrin var-yoxu təkcə banan idi.

Həm də ona görə ki, bu ölkələri banan alıb-satan, bundan hətta 1000 faizə çatan mənfəət götürən xarici banan şirkətləri idarə edirdi. Onlar yeri gələndə, hökuməti dəyişə bilirdi.

SHELL HƏR İŞDƏN XƏBƏRDARDIR

İndi Wikileaksin açıqladığı sənədlərə görə, neft nəhəngi Shell Nigeriya hökumətində hətta nazirliklər səviyyəsində bütün işlərdən xəbərdardır.

Wikileaksin açıqladığı diplomatik Amerika teleqramlarında Shellin Afrika üzrə vitse-prezidenti Ann Pickard Amerika diplomatlarına deyir ki, Shell Nigeriya hökumətinin əsas nazirliklərinə öz adamlarını yeridib.

O deyib ki, Nigeriya hakimiyyəti Shellin hökumətə belə yayılmasını yaddan çıxardır və hökumətin nə etmək istədiyindən Shellin nə qədər xəbərdar olmasından hökumət bixəbərdir. “Shellin hər şeydən xəbəri var”.

O misal çəkir ki, Nigeriya Çinlə neft işi qurmaq istəyirdi, ancaq Nigeriyanın neft naziri Çinə məktub yazdığını dansa da, Şell bilirdi ki, belə məktub Çinə də yazılıb, Rusiyaya da.

YERLİ SİYASƏTÇİLƏRDƏN XARİCƏ “DONOS”

Britaniya-Hollandiya neft şirkəti olan Shell hətta Amerika ilə kəşfiyyat məlumatlarını da bölüşüb.

Shell Amerikaya bildirib ki, Nigeriyanın hansı siyasətçiləri silahlı üsyançıları dəstəkləyir. Shell bu siyasətçilərin siyahısını verib.

Shell bunun əvəzində Amerikadan bir məlumatı öyrənməyi xahiş edib. Shell maraqlanıb ki, doğrudanmı silahlı üsyançılar təyyarə əleyhinə raketlər alıblar.

Bu, Wikileaksin neft ölkəsi Nigeriya haqda açıqladığı məktublardır.

Nigeriya dünyanın 8-ci ən böyük neft istehsalçısıdır.
Amerikanın işlətdiyi neftin 8 faizi Nigeriya neftidir.

Nigeriyanın neftdən yüz milyardlarla dollar gəlirinə baxmayaraq, ölkə əhalisinin 70 faizi kasıblıq həddindən aşağıda yaşayır.

“ASILMAMIŞ DİKTATOR”

Başqa Afrika ölkələri haqda ən maraqlı teleqramlarda isə deyilir:

Amerika diplomatları qorxurlar ki, Keniyada korrupsiyalaşmış hökumət problemi həll olunmasa, bu ölkədə 2008-ci ildəkindən də pis iğtişaşlar başlana bilər.

Amerikalı səfir Eritreyadakı vəziyyətdən narahatdır və Eritreya prezidentini “ asılmamış diktator” adlandırır. Səfir yazır ki, prezidentin rejimi “partlamaqdan bir güllə məsafəsindədir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG