Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Pekinlə Pxenyan regiondakı vəziyyəti müzakirə ediblər


Bu gün Pxenyanda Şimali Koreya prezidenti Kim Çen İrlə Çin Dövlət Şurasının üzvü Dey Binqo arasında görüş olub.

Sinxua agentliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlər və Koreya yarımadasındakı vəziyyətlə bağlı konsensusa gəliblər.

Hələlik danışıqların detalları barədə ətraflı məlumat veriulmir.

Çin Şimali Koreyanın ən yaxın müttəfiqi hesab olunur.

Noyabrın 23-də Şimali Koreyanın Cənubi Koreyanın Yonpyon adasını atəşə tutmasından sonra dünya dövlətləri vəziyyəti sabitləşdirmək üçün dəfələrlə Pekini
Cənubi Koreyaya təsir göstərməyə çağırıblar.

ABŞ silahlı qüvvələri qərarkah rəisləri birləşmiş komitəsinin rəhbəri admiral Mayk Mallen cümə axşamı Tokiyoda çıxış edərkən bildirib ki, Şimali Koreyadan gələn təxribatların qarşısını almaq üçün ABŞ, Yaponiya və Cənubi Koreya arasında hərbi əlaqələri təcili möhkəmləndirmək lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG