Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:45
Gənc yazar Cavid Zeynallının “Günəşi gözləyənlər” adlı çap olundu.

Roman - institutu bitirmiş və əsgərliyini çəkmiş bir cavan oğlanın - Üzeyirin həyatda çıxılmaz vəziyyətə düşməsindən, problemlərlə qarşılaşmasından bəhs edir.

Bu barədə "Oxu zalı"na açıqlama verən yazıçı bildirir ki, romanın baş qəhrəmanı özünü sanki oyunda hiss edir.

"Amma əsərdə əsas ideya odur ki, insan özünə inanmalıdır - "Günəşi gözləməlidir". Yalnız özünə inam insanı çıxılmaz vəziyyətdən qurtara bilər.

İnam olduqda tale də insana kömək olur".

Romanın optimist sonluqla bitdiyini deyən yazıçı əsərdə şamanizm elementlərindən, insanın ruhunun başqasına keçməsi inancı elementlərindən də istifadə etdiyini bildirir.

"Günəşi gözləyənlər" Cavid Zeynallının ilk romanıdır, bundan əvvəl o, hekayələr yazıb.

Kitabın redaktoru və “İnsan olmaq lazımdır” adlı ön sözün müəllifi tənqidçi Əsəd Cahangirdir.

Kitabı Bakının kitab mağazaları və Bakı metropoliteninin satış köşklərindən əldə etmək olar.

Cavid Zeynallının "Günəşi gözləyənlər" romanından bir parça

Günün bütün mövzuları

XS
SM
MD
LG