Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Visente del Bosqe dünyanın ən yaxşı baş məşqçisidir


Visente del Bosqe
Visente del Bosqe
2009-2010-cu ilin ən yaxşı baş məşqçisi Visente del Bosqedir. Bu iddia ilə “La Gazzetta dello Sport” çıxış edib.

İtalyan qəzeti ötən həftə dünyanın ən yaxşı oyunçusunun da adını açıqlamışdı. Nəşr hesab edirdi ki, Andres İnyesta bu ada layiq görülüb.

“La Gazzetta dello Sport”un bu iddiasının ardından “Qzıl top” nominantlarının siyahısı açıqlanmışdı. Hər üç iddialı katolon klubu “Barselona”nın liderləri idi: Andres İnyesta, Çavi Hernandes və Lionel Messi.

Vesente del Bosqe bu yay Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatında çalışdırdığı İspaniya yığmasını çempionluğa daşıyıb.

Ən yaxşı baş məşqçi adına iddialıların siyahısında Bosqedən başqa Karlo Ançelotti (“Çelsi”), Aleks Ferqyuson (“Mançester Yunayted”), Xosep Qvardiola (“Barselona”), Yoahim Löv (Almaniya), Joze Mourinyo (“İnter”/”Real”), Oskar Tabares (Uruqvay), Luis van Qaal (“Bayern”), Bert van Marveyk (Hollandiya) və Arsen Venqer (“Arsenal”) də var.

Dünyanın ən yaxşı oyunçusunun və ən yaxşı baş məşqçisinin adları gələn il yanvarın 10-da Sürixdə élan edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG