Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Vərəq paylayan gənc saxlanıb?


10 Dekabr İnsan Hüquqları Günü ilə əlaqədar vərəqə paylayan müxalifətçi gənc saxlanaraq polis bölməsinə aparılıb. AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, öz təşəbbüsü ilə Bakıda vərəqə paylayan Ülfət Nəsibov saxlanaraq Yasamal rayonu ərazisindəki 28-ci polis bölməsinə aparılıb:

“Sosial hüquqları, insan haqları, tələbələrin müxtəlif sosial problemləri var, yataqxana, təqaüd, keyfiyyətli təhsil, ölkədəki siyasi hüquqların tapdalanması ilə bağlı gənclərə çağırış və müraciət vardı”.

Yasamal rayonunun 28-ci polis bölməsindən isə AzadlıqRadiosuna Rüfət Nəsibov adlı gəncin saxlandığı təkzib edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu barədə məlumatsızdır.

10 Dekabr dünyada İnsan Hüquqları Günüdür.

XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “İnsan hüquqları haqqında ümumi deklarasiya” hesab edilir.
XS
SM
MD
LG