Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

Mer Prezident Aparatının rəsmisini niyə döydü?


Qaqik Beqlaryan
Qaqik Beqlaryan
Sarkisyan merin Prezident Aparatı rəsmisini döyməsini pisləyəndən bir neçə saat sonra Yerevan meri istefa verdi.

Yerevanın artıq keçmiş meri olan Qaqik Beqlaryan Ermənistan prezidentinin protokol xidmətinin rəsmisi Aram Kandayanı keçən həftə döyüb.

Dekabrın 3-də İspaniyanın məşhur opera müğənnisi Plasido Dominqo Yerevanda konsert verirdi. Ermənistanın bütün siyasi elitası orda idi.

Həmin vaxt protokol xidmətinin rəsmisi Kandayan Yerevan merinin xanımına deyib ki, konsertdə prezident Sarkisyanın yanında oturmasın.

Doğrudan da protokola görə, prezidentin yanında baş nazir ya parlament sədri və ya katolikos oturur.

Reutersin məlumatına görə, Beqlaryanın həyat yoldaşı Sarkisyanın yanından durub, yerini dəyişməyə məcbur olub.

MER EŞİDƏNDƏ CİN ATINA MİNİB

Armen Arzumanyan
Yerevan merinin özü konsertdə yox imiş. Konsertdə baş verəndən xəbər tutanda, Beqlaryan sonrakı gün Kandayanı özünün Yerevandakı evlərindən birinə aparıb və burda döyüb.

Ermənistan prezidentinin sözçüsü Armen Arzumanyan AzadlıqRadiosuna deyib ki, “təəssüf ki, bu hadisə doğrudan da olub”.

Ancaq prezidentin sözçüsünün fikrincə, “yerli media bu hadisəni çox şişirdib”.

Şişirtmə deyəndə Arzumanyan Kandayanın “oğurlanmasını və qəddarlıqla döyülməsini”
nəzərdə tutduğunu deyir. Arzumanyan deyir ki, oğurlama və qəddarlıqla döymə olmayıb. Ancaq döymə olub.

Arzumanyanın sözlərinə görə, prezident Sarkisyan belə məsələlərdə öz mövqeyini dəfələrlə bildirib: “Belə davranış yolverilməzdir və qəbulolunmazdır”.

“PREZİDENTİN ŞƏRƏFİNƏ ŞAPALAQ”

Ermənistan müxalifəti Beqlaryanın işdən getməklə canını qurtarmasını düzgün saymır.

Erməni Milli Konqresinin koordinatoru Levon Zurabyan:
“Cinayəy işi açılmalıdır. Beqlaryanın hərəkətinə hüquqi qiymət verilməlidir. Beqlaryan ona görə cəzalanmayıb ki, biabırçı hərəkət edib. Ona görə cəzalanıb ki, prezidentin şərəfinə şapalaq vurub”.


BEQLARYAN MÜXALİFƏTİ DÖYƏNDƏ HAKİMİYYƏT HARDA İDİ?

46 yaşlı Beqlaryanı çoxu biznesmen kimi tanıyır. Onun ləqəbi “Qara Qaqo”dur.

Beqlaryan Yerevanın ilk seçilmiş meri idi.

Beqlaryan Yerevanın ilk seçilmiş meri idi
Seçilmiş deyəndə, onu şəhər əhalisi yox, şəhər şurası seçmişdi.

Beqlaryan bundan əvvəl Yerevanın mərkəzi rayonlarından birinin rəhbəri idi. Məhz bu rayonda müxalifət nümayişlərinə ən qəddar divan tutulurdu.

Müxalifət Beqlaryanı seçkiləri saxtalaşdırmaqda, rəqibləri sıxışdırmaqda və klana başçılıqda ittiham edir.

Beqlaryan hakim partiyanın – prezident Sarkisyanın Respublika Partiyasının ən əsas simalarındandır.

Respublika Partiyasının 2009-cu ilin mayındakı bələdiyyə seçkilərində mübahisəli də olsa, qələbəsini təmin edənlərdən biri məhz Beqlaryandır.

Keçən ilin sonunda Beqlaryan mer seçiləndə hakim partiya bildirdi ki, Yerevan meri prezidentin “həlledici tərəfdaşıdır”. Bununla da hakim partiya Beqlaryanın bir növ statusunu müəyyən etdi.

KONSERTLƏ BAĞLI ADAM DÖYMƏK BİRİNCİ DƏFƏ DEYİL

2001-ci ilin sentyabrında erməni mənşəli Fransa müğənnisi Şarl Aznavur Yerevanın caz klubunda konsert verəndə, o vaxtki prezident Koçaryan konsertdən sonra müğənninin otağına gedib, onunla söhbət edirmiş.

Bu vaxt bir nəfər Koçaryanla Aznavurun söhbətinə qoşulmaq istəyəndə qapıda duran prezident cangüdəni həmin adamı vurub-öldürdü.
Sonradan onun meyidi tualetdən tapıldı.

2002-ci ildə həmin cangüdən gücdən lazım olandan artıq istifadəyə görə məhkum olundu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG