Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

Cərimələr fiziki şəxslər üçün 6, vəzifəli şəxslər üçün 16 dəfəyədək artırılır


Azərbaycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin fiziki şəxslər üçün altı, vəzifəli şəxslər üçün on altı dəfəyədək artırılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsi ilə bağlı məlumat verən Hüseynli bildirib ki, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə də cərimələrin miqdarının artırılması təklif olunub.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə cərimənin məbləği fiziki şəxslər üçün 100-300 manat, vəzifəli şəxslər üçün isə 200-500 manat göstərilirdisə, yeni layihədə bu, fiziki şəxslər üçün 1500-2000 manat, vəzifəli şəxslər üçün isə 7000-8000 manat nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi də müzakirə olunub.

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» qanun layihəsi Parlamentə tövsiyə olunub. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG