Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:04

Yerevanın meri istefa verib


Yerevanın meri Qarik Beqlaryan istefa verib.

Armenia Today portalı istefanın merlə prezidentin protokol xidmətinin əməkdaşı Aram Kandayan arasında baş vermiş insidentlə bağlı olduğunu xəbər verir.

Prezidentin mətbuat katibi Armen Arzumanyan Beqlaryanla Kandayan arasında insident olması barədə yerli kütləvi informasiya vasitələrində gedən məlumatları təstiqləsə də insidentin şişirdildiyini, oğurlanma və döyülmə faktı olmadığını bildirib.

Yerli kütləvi informasiya vasitələri bundan əvvəl şəhər meri Beqlaryanın prezidentin protokol xidmətinin əməkdaşı Aram Kandayanı oğurlaması və döyməsi barədə məlumatlar yayıb.
XS
SM
MD
LG