Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Avropa Birliyi Serbiyanın addımını pisləyib


Avropa Birliyi Serbiyanın 2010-ci il Nobel sülh mükafatının təqdimat mərasiminə qatılmamasını tənqid edib.

Serbiyanın daxili işlər naziri Vuk Yeremiç bundan əvvəl bəyan edib ki, Serbiyanın nümayəndə heyəti dövlətə qarşı fəaliyyət ittihamı ilə hazırda Çində həbsdə olan dissiden
Lyu Syaboya verilmiş bu mükafatla bağlı Osloda keçiriləcək mərasimə qatılmaq fikrində deyi.

Avropa Komissiyasının genişlənmə üzrə idarəsinin rəhbəri Ştefan Fyule Brüsselin Avropa

Birliyinə qoşulmaq istəyən Belqradın bu hərəkətindən təssüfləndiyini bildirib.

Çoxları hesab edir ki, bu Kosovo məsələsində Çinin Belqradın tərəfini saxlaması ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG