Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

Avstraliya Assancı yox, ABŞ-ı günahlandırır


Avstraliya hökuməti bəyan edib ki, ABŞ-da diplomatik yazışmalarla bağlı məxfi materialların yayılmasına görə Viki Liks saytının banisi Culian Assanc yox, Birləşmiş Ştatların özü cavabdehlik daşıyır.

Xarici işlər naziri Kevin Rad qeyd edib ki, Assanc günahsızdır və Avstraliya onu xaricdə həbs olunan istənilən avstraliyalı kimi müdafiə edəcək.

Həmçinin Culian Asancın özü saytın fəaliyyətini müdafiə edib.

O, Avstralia qəzetlərindən birinə müsahibəsində bildirib ki, hökumətin fəaliyyətinə nəzarət edə bilmək üçün demokratiyaya güclü kütləvi informasiya vasitəsi gərəkdir və Viki Liks məhz bu rolu oynayır.
Culian Assanc ötən çərşənbə axşamı Böyük Britaniyada həbs edilib.

O, İsveçdə iki qadını zorlamaqda ittiham olunur.
Assanc ittihamın qondarma olduğunu deyir.
XS
SM
MD
LG