Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Assange deyir ki, demokratik ölkələrdə güclü media olmalıdır


Wikileaks saytının yaradıcısı Julian Assange Londonda həbs olunandan bir gün sonra Avstraliya qəzetinə müsahibə verib. Deyib ki, demokratik ölkələrdə hökumətlərin dürüst olmasını təmin etmək üçün güclü media olmalıdır. Wikileaks də bu işdə öz rolunu oynayır.

Assange məxfi məlumatların yayılmasının insanların həyatını təhlükə altında qoyması barədə fikirləri təkzib edib.

Julian Assange dekabrın 8-də Londonda həbs olunub. O, seksual cinayətlərdə ittiham olunur. Assange ittihamları qəbul etmir, bunun siyasi sifarişli olduğunu deyir.

London məhkəməsi onun girov qarşılığında həbsdən azad olunmasından imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG