Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57
Ədliyyə Nazirliyi Turqut Ərin “”Azadlıqdan tiranlığa” kitabının “Azadlıq” qəzetində nəşrinə qarşı tədbir görülməsi ilə bağlı deputat Zahid Orucun müraciətinə baxır. Bu barədə AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin rəhbəri Faiq Qurbanov məlumat verib. Onun dediyinə görə, nazirliyin qəbul edəcəyi qərar hər hansı ehtimallara yox, qanunlara əsaslanacaq.

“Burda mövcud qayda və qanunlardan kənara addım atıla bilməz”.

“Nazirlik “Azadlıq” qəzetində gedən yazını dayandıra bilərmi” sualına Faiq Qurbanov cavab verməyə çətinlik çəkdiyini bildirib.

90-cı illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat ataşesi olmuş Turqut Ərin yazdığı “Azadlıqdan tiranlığa” kitabı Türkiyədə çap olunandan sonra silsilə halında “Azadlıq” qəzetində çap olunmaqdadır. Millət vəkili Zahid Oruc isə Ədliyyə Nazirliyə müraciət edərək həmin kitabın olduğu kimi qəzetdə çap olunmasının qarşısının alınması və bu məsələyə hüquqi qiymət verilməsi üçün tədbir görməsini istəyib.

Bu günlərdə nəşr olunan və “Azadlıqdan Tiranlığa” adlanan bu kitabda 1994-95-ci illərdə sabiq prezident Heydər Əliyevlə Surət Hüseynov və Rövşən Cavadov arasında yaşanan qarşıdurma və digər bu kimi hadisələr də öz əksini tapıb

“AZADLIQDAN TİRANLIĞA” TƏKRAR ÇAP OLUNACAQ

Adı çəkilən kitabı nəşr edən “Sarkaç” Yayınları nəşriyyatının direktoru Ali Gülərin AzadlıqRadiosduna dedyinə görə, o, bu kitabla bağlı Azərbaycanda gedən müzakirələrdən xəbərdardır.

Qaldı ki kitabın “Azadlıq” qəzetində olduğu kimi nəşr olunmasına, Ali Gülər deyir ki, o, qəzetə etdiyi müraciətində kitabın qəzetin internet səhifəsində olduğu kimi çap olunmasını istəməyib. Sadəcə belə bir kitabın nəşri ilə bağlı məlumat vermələrini xahiş edib. Naşir deyir ki, kitabda olanların qəzetin internet səhifəsində olduğu kimi çap olunmasının satışa mane ola biləcəyini nəzərə alaraq bunu istəməyib. Onun dediyinə görə, qəzet buna əməl edib. Ali Gülər deyir ki, onlar kitabın internetdə yayımlamadan qəzetdə çap olunmasının əleyhinə deyil.

TÜRKİYƏDƏ “AZADLIQDAN TİRANLIĞA” KİTABINI HEÇ KİM YIĞIŞDIRMIR

Ali Gülər “Azadlıqdan tiranlığa” kitabının Türkiyədə satışdan yığışdırılması ilə bağlı yayılan məlumatları da təkzib edib.

Naşir bildirir ki, tələbat çox olduğundan və indiyə qədər 2 min tirajla buraxılan kitab satıldığından onlar yaxın günlərdə yenidən çap ediləcək. Ali Gülərin sözlərinə görə, Azərbaycandan gələn sifarişləri nəzərə alaraq Azərbaycana kitab göndərmək istəyiblər. Amma kitabın daşınma xərcləri baha olduğundan bundan imtina olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG