Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:05

Dekabrın 12-də Bakıda Rostropoviç adına IV Beynəlxalq Festival açılacaq


Dekabrın 12-də Bakıda Mstislav Rostropoviç adına IV Beynəlxalq Festival açılacaq.

Festivalın açılışı dekabrın 12-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

Dekabrın 13-də saat 15.00-da Rostropoviçlərin Ev Muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti olacaq. Həmin axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Yuaşmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək. Dekabrın 15-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycanın xalq artisti Teymur Göyçəyevdir) ifasında İ.S.Baxın üç fortepiano və skripka konserti olacaq.

Dekabrın 16-da Rostropoviçlərin Ev Muzeyində kamera musiqisindən ibarət konsert olacaq. Dekabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Ü.Hacıbəyov adına Simfonik Orkestrinin konserti olacaq. Dekabrın 18-də və festivalın təntənəli bağlanış günündə - dekabrın 19-da Heydər Əliyev adına Sarayda İsrail Filarmoniya Orkestrinin konseri olacaq.
XS
SM
MD
LG