Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
WikiLeaksin açıqladığı sənədlərdən belə aydın olur ki, Amerika səfirliyi Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər haqda məlumatlar hazırlayırdı.

Səfirliyinin müvəqqəti işlər vəkili Donald Lunun hazırladığı məxfi diplomatik məktubda deyilir ki, bu yazı “siyasi və iqtisadi qüdrət nöqteyi-nəzərindən Azərbaycanın ən nüfuzlu ailələri haqda məlumatlar silsiləsindən ikincisidir” və Fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailəsindən bəhs edir.

Kəmaləddin Heydərovun ailəsini Azərbaycanın ikinci qüdrətli ailəsi kimi təqdim edən Donald Lu yazır ki, Heydərovun hakimyyətə gətirilməsi qismən onun atası Fəttah Heydərovun Heydər Əliyevlə yaxın münasibətləri ilə izah olunsa da, qismən də Kəmalddin Heydərovun təşkilatçılıq bacarığı ilə bağlıdır.

Donald Lu Gömrük sistemindəki total rüşvətxorluq sistemindən yazır və iddia edir ki, bu vəzifədə işlədiyi illər ərzində Kəmaləddin Heydərov özünə xeyli sərvət qazandı. Onun yazdığına görə, vəzifəni dəyişsə də Heydərov hələ də Gömrük sisteminə nəzarət edir.

Heydərovun FHN nazirliyindəki fəaliyyətinə qiymət verən D.Lu yazır ki, Bakıdakı tikinti bumuna bu təşkilat nəzarət edir.

D.Lunun yazdığına görə Kəmaləddin Heydərovun oğlarnları hər biri 20 milyon dollar dəyərində 2 ədəd “Golfstream” təyyarəsi alanda şirkət onlardan gəlirləri haqda deklarasiya tələb edib və ödənilən pulların qanunsuz olmamasına təminat istəyib. Heydərovların “Golfstream” şirkətinə təqdim etdiyi qısa siyahıda onların sahiblik etdiyi şirkətlərin adları açıqlanıb.

Donald Lu yazır ki, bu siyahıda meyvə şirəsi istehsalından tutmuş, daşınmaz əmlak alverinə qədər müxtəlif şirkətlərin adları olub.

Sənədin sonunda müvəqqəti işlər vəkili Donald Lu qeyd edir ki, növbəti depeşada Azərbaycan hakimiyyətinin digər nümayəndəsi, nəqliyyat naziri Ziya Məmmədov haqda hesabat göndərəcək.

DİPLOMATİK TELEQRAMIN TAM MƏTNİ İLƏ BURADA TANIŞ OLUN

Şərhləri göstər

XS
SM
MD
LG