Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

“Səddamı, Pinoçeti, Stalini gördükdən sonra qorxmalı nə var ki?!...”


Fərman Demirqol

Fərman Demirqol

“DİKTATORU UYKU TUTMAZ”

“Diktatoru uyku tutmaz” kitabının müəllifi Fərman Dəmirqol Azərbaycanla bağlı ikinci kitabını yazır. Bu haqda o AzadlıqRadiosuna müsahibəsində deyib.

Fərman Dəmirqol İstanbul Universiteti Hüquq fakültəsinin müəllimidir. Azərbaycan cəmiyyəti onu daha çox 1995-ci ilin mart hadisələrindən sonra tanıdı. Həmin vaxt Dəmirqol Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) rəhbəri Rövşən Cavadovun yaxını kimi qələmə verilib. Fərman Dəmirqol 90-cı illərdə bir müddət Bakı Dövlət Universitetində müəllim kimi çalışıb.

“PİNOÇET KİMİ, SƏDDAM KİMİ”

- Fərman bəy, ikinci kitabın mövzusu nədir?

- Birinci kitabım da Azərbaycanla bağlıydı. Amma bu kitabda hadisələri olduğu kimi nəql etmişdim. O verdiklərimin pərdə arxasını - oyunları, hiylələri yazmamışdım. Gözləyirdim ki, bu mövzularda məndən başqa biri də yazsın, Azərbaycanla bağlı başqalarının da müşahidələri ortaya çıxsın. Amma uzun zaman belə kitab yazılmadı. Bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Turqut Ər “Azadlıqdan Tiranlığa” adlı kitab çap edib. Mövzu mənim ikinci kitabıma yaxındı, oyunları yazır. Təəssüf ki, Turqut Ər persona-non-qrata olduqdan sonra, özü Əliyev hakimiyyətindən zərbə gördükdən sonra kitab yazdı. Mən gəlir-gəlməz kitab hazırlığına başlamışdım, Heydər Əliyev hakimiyyəti ilə əlaqə saxlamamışdım. Məni zatən Heydər Əliyev zorla Türkiyəyə göndərmişdi. Hüququma sayğı duymadan. Azərbaycanda hüquq, məhkəmə, hakim yoxdur. Əlbəttə, Azərbaycanda şəxsi iqtidar var. Pinoçet kimi, Səddam kimi.

Turqut Ərin kitabı mükəmməl kitabdır, hadisələr olduğu kimi yazılıb. Ondan sonra mən də qərara gəldim ki, müxalifətin və ziyalıların gözünün açılmadığı, gözü-qulağı bağlı hakimiyyəti olan cəmiyyətdə həqiqətləri çatdırmaq lazımdır.

TURQUT ƏRİN KİTABI YIĞIŞDIRILIR

- Turqut Ərin kitabı çıxandan sonra Azərbaycanda ona qarşı kampaniya aparılır. Bundan çəkinmirsiz?

- Səddamı, Pinoçeti, Stalini gördükdən sonra qorxmalı nə var ki?!...Azərbaycan dövlətinin, camaatının düşmənləri prezidentin ətrafına yığışıb. Onlar da bir-birini qoruyur. Görün o qorxu Türkiyədə nə etdi? Sizə bir xəbər verim. Turqut Ərin kitabını diktator Azərbaycan hökuməti satışdan yığışdırtdırıb. Yoxdur. Kitabçılarda tapa bilmirsiz. Bu kitabı hamı soruşur, kitabçılar da deyir ki, kitab yoxdur, yığışdırtdırılıb. Amma Türkiyə kapitalist ölkəsidir, kitab ikinci-üçüncü dəfə də çap olunacaq. Sadəcə, deyirəm ki, Azərbaycandakı diktatura Türkiyədədə özünü göstərir.

“SƏFİRLİK MƏNİM KİTABIMLA BAĞLI PROKUROLUĞA MÜRACİƏT ETMİŞDİ”

- Narahat deyilsiz ki, sizin kitabı da eyni aqibət gözləyər?


- İlk dəfə AzadlıqRadiosuna deyirəm ki, mənim birinci kitabımın da yığışdırılması üçün Azərbaycan diktaturası İstanbul Porokurorluğuna müraciət etdi. Kitablar iki cür yığılar: bir prokurorulğa, məhkəməyə müraciət edərsən, onun əliylə yığışdırılar, ikincisi, kitabçılardan alarsan, çuval-çuval.

Mənim kitabımla bağlı səfirlik prokurorluğa müraciət etdi ki, Fərman Dəmirqol Azərbaycan prezidentinə həqarət edib. Türkiyə Azərbyacan məhkəməsi deyil. Türkiyədəki prokurorlar Azərbaycan prokurorları kimi deyil. Məhkəmə rədd etdi. Əlbəttə, mənim də kitabım yığışdırıla bilər. Amma kitab yox edilər, düşüncələr, fikirlər yox edilmir. 1995-ci ildən bu yana danışıram. Ancaq şanssızlığım var. Türkiyə dövləti və mətbuatın bir hissəsi Azərbaycan hökuməti tərəfindən təzyiq altında saxlanır deyə, bu məsələləri çox yazmırlar, danışmırlar.

YENİ KİTABDA NƏLƏR YAZILACAQ?

- Fərman bəy, nələri indiyə qədər danışmamasız və bunları yazınca Türkiyədə, Azərbaycanda şok yarada bilər?

- Dağ-daş, Azərbaycan iqtidarı dedi ki, Fərman Dəmirqol qaçıb, çevriliş edib. Əfəndim, Azərbaycan hökumətinin, bu gün İlham Əlyievin atasının və özünün, ətrafının çevirdikləri oyunlarla bağlı nə çevriliş var, nə qaçış var. Necə olur? Amma çox demədiym bir mövzu var. Mən Azərbaycanın içində və çölündə xəyanət edənlərin qurbanı olmuşam. Bu hadisələri bir az da açacam. Bir də Azərbaycanda həqiqətən müxalifət kimi görünən, yalançı, hökumətlə birgə hərəkət edənlər var, həmin hadisələrdə onların da barmağı var, bunu yazacam. Bir də tövsiyə edirəm, hər bir Azərbaycan vətəndaşı Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabını əldə etsinlər. İnternetdən, televiziyadan. Bilsinlər ki, neftin olduğu Azərbaycan Küveyt, Səudiyyə Ərəbistanı olacaq.

- Kitab nə zaman hazır olar?


- “Azərbaycandakı oyunlar və dolablar” və ya “Azərbaycandakı xəyanət örnəkləri” bu adda olacaq. Bir ilə bitirə bilərəm.

“ONLARMI OBYEKTİVDİR”

- Azərbaycanda bəziləri sizin kitabın obyektivliyinə şübhəylə yanaşırlar. Deyirlər ki, Fərman Dəmirqol iqtidar tərəfindən incidilmiş və ölkədən çıxarılmış adamdır. Belə düşünənlərə cavabınız nə olardı?

- Sadə bir cavab. Mənim dərdim Azərbaycan iqtidarı deyil ki. İqtidarın camaatı necə boğmasıdır. Mən indi neyləməliyəm? Susmalıyam? Danışmamalıyam? O zaman nə deyəcəklər? Fərman bəy Azərbayan hakimiyyətinin yaxşı adamıdırmı deyəcəklər? Azərbaycan hakimiyyətini incidirəm, ona toxunuram, onu analiz edirəm, deməli, narahat olacaqlar. “Allah Mehriban Əliyevanın, İlham Əliyevin, onun uşaqlarının canını sağ eləsin, Heydər Əliyevə rəhmət eləsin” deyənlərmi obyektiv olacaqlar?..

- Müsahibə üçün təşəkkür edirəm.

- Siz də sağ olun.

Şərhləri göstər

XS
SM
MD
LG