Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

«Amerika mənim arzularımda»


Asiya
Nyu-York gecələri, Barak Obama, Hollivud, coca-cola bankaları, Azadlıq Heykəli...

Rəssamlıq Akademiyası tələbələri Amerikanı təsəvvürlərində necə canlandırmışdılarsa, elə də kətana köçürmüşdülər, heykəltəraşlıq əsərlərində təsvir etmişdilər. Arzularındakı Amerikanı yaratmışdılar.

Artıq ikinci dəfədir ki, Azərbaycan Rəssamlıq Akademiyası ilə ABŞ-ın Bakıdakı səfirliyi tələbə rəssamların işlərindən ibarət müsabiqə keçirir, akademiyanın qalereyasında tələbələrin işlərinin sərgisini təşkil edir.

Qırmızı, göy, qara rənglər və Azadlıq Heykəli hər üç rəngdə təsvir olunub. Bu, əsər birinci yer qazanır: .

“VƏ BİRİNCİ YER ASİYA ƏHMƏDXANOVA”

Birinci yeri qazanan Asiya deyir ki, o əsərində Amerikaya yaxınlığını göstərmək istəyib:

“Birinci yeri qazanmağıma çox sevinirəm. Bu əsərlə mən Amerikaya yaxınlığımı göstərmək istəmişəm”

Elə ikinci yeri qazanan Leyla Quliyeva da Nyu-Yorku çox sevdiyindən bu şəhərin gecələrini əsərində canlandırdığını deyir. Tünd qara rəng və ay parçası.. Leylanın təsəvvüründə Nyu-York gecələri bu cürdür.

Əsərlərini sərgiyə çıxaran tələbələrin çoxu isə Amerikada olmayıblar. Deyirlər ki, bir ölkədə olmaya-olmaya onu canlandırmaq həm asandır,
1-ci yeri qazanan rəsm
həm də çətin.

Elə ABŞ-ın Azərbaycandakı səfirliyində səfir müavinin əvəzedicisi Terri Devidson da bu məqamın üstündə xüsusi dayandı:

MÜSABİQƏYƏ 52 TƏLƏBƏ QATILIB

“Bilirəm ki, bu əsərlərin müəllifləri olan gənc rəssamların əksəriyyəti heç zaman Amerika Birləşmiş Ştatlarında olmayıblar. Siz – Amerikanı uzaqdan – media və mədəniyyət obyektivlərindən görürsünüz. Amerika təcrübəsinin incəliklərini bu qədər yaxşı görməyiniz və təqdim etməyiniz isə təqdirəlayiq haldır”.

Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov deyir ki, bu dəfəki müsabiqədə 52 tələbə rəssam iştirak edir:

“Bu çox yaxşı sərgidir. Ümid edirik ki, bu, uzun müddətli ənənəyə çevriləcək”.

Müsabiqə sərginin növbəti illərdə də davam etdiriləcəyi bildirildi.

Əsas məqsəd isə gənc rəssamların Amerika haqqında təsəvvürlərini üzə çıxarmaqdır.

Şərhləri göstər

XS
SM
MD
LG