Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

Zəngilana Suriya və Ermənistandan ailələr köçürülür


İşğal altında olan Zəngilan rayonuna Suriyadan, Ermənistandan ailələr köçürülür. Erməni hakimiyyəti onlara köç üçün yardım da söz verib, amma hələlik köçkün ailələr belə yardımı almadıqlarını deyirlər. Buna baxmayaraq, Zəngilana köçənlər yardımsız da hallarından razıdırlar. Bildirirlər ki, əlverişli iqlimi və münbit torpaqlarına görə Zəngilana göçdüklərinə peşiman deyillər.

AzadliqRadiosunun Ermənistan xidmətinin əməkdaşının Zəngilan şəhərində məskunlan erməni ailələrdən bir neçəsi ilə görüşüb, xarabaya döndərilmiş şəhərdən videogörüntülər çəkib. Həmin videoreportajı təqdim edirik.

Zəngilan rayonunu erməni silahlı qüvvələri bu rayonu 1993-cü il oktyabrın 29-da işğal edib. Azərbaycan rəsmilərinin məlumatına görə işğal ərəfəsində rayonun 35 min əhalisi olub və bu insanlar hazırda Bakıda yataqxanalarda və ölkənin müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar.

Bakı rayonun 707 min kvadrat kilometr ərazisinin tam işğal olunduğunu, 200 nəfərə yaxın yerli sakinin qətlə yetirildiyini, 50-ə yaxın adamın itkin düşdüyünü, işğal zamanı rayona təxminən 1 milyard 390 milyon ABŞ dolları məbləğində ziyan dəydiyini bildirir.

Prezident İlham Əliyevin verdiyi məlumata görə sülh danışıqlarının gedişində Dağlıq Qarabağın inzibati ərazisindən kənarda işğal olunan beş rayonun azad edilməsi barədə ilkin razılaşma olub. Onların arasında Zəngilan da var. Amma hələlik Ermənistan belə razılaşmanın mövcudluğunu inkar edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG