Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Çin Nobel Sülh Mükafatının təqdimetmə mərasimini istəmir


Nobel Komitəsi bildirir ki, və Çin və 18 ölkə dekabrın 10-da Nobel sülh mükafatının təqdim edilməsi mərasiminə dəvətdən imtina edib.

Nobel sülh mükafatı laureatı çinli dissident Liu Xiaobodur. Komitə deyir ki, Əfqanıstan, Pakistan, Rusiya, Serbiya və Ukrayna nümayəndələrinin daxil olduğu ölkələr "müxtəlif səbəblərlə" tədbirdən yayınacaqlar.

Eyni zamanda Pekində Çinin xarici işlər nazirliyinin sözçüsü Jiang Yu mükafatlandırma tərəfdarlarını "kloun kimi məzhəkə göstərmək" istəməsində ittiham edib.
Nobel Komitəsi deyib ki, Çin bəzi diplomatları bu mərasimdə iştirakdan çəkindirmək üçün görünməmiş iş aparıb.

Liu 2009-cu ildə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, Çində siyasi islahatlara çağıran manifestin həmmüəllifidir. Liu oktyabrın 8-də builki Nobel Sülh Mükafatının qalibi elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG