Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Səudiyyə Ərəbistanı nüvə dövləti olmaq istəyir


ABŞ rəsmiləri deyirlər ki, dünyanın ən böyük neft ölkəsi Səudiyyə Ərəbistanı 10 il ərzində nüvə dövləti olmaq istəyir. Ticarət naziri Francisko Sanchez dekabrın 6-da Əl-Riyadda Səudiyyə Ərəbistanının məmurları ilə görüşündən sonra deyib ki, bu ölkə neft və təbii qazdan istifadəni azaltmaq üçün mülki nüvə dövlətinə sahib olmaq istəyir.

ABŞ ticarət nazirinin Səudiyyə Ərəbistanına səfərini bu ölkədə infrastruktur və enerji sahəsində fəal olan şirkət rəhbərləri də müşayiət edir.

Səudiyyə Ərəbistanı 2008-ci ildə ABŞ-la mülki nüvə texnologiyaları üzrə əməkdaşlıq imzalayıb və ötən il Fransa və Rusiya ilə də eyni razılaşma üçün danışıqlar aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG