Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:28

NATO Baltikyanı dövlətləri və Polşanı Rusiyadan müdafiə etmək istəyirmiş


WikiLeaks açıqladığı növbəti diplomat məktublarında xəbər verilir ki, 2008-ci ildə Rusiya və Gürcüstan arasındakı qısa müddətli müharibə zamanı NATO Baltikyanı dövlətləri və Polşanı müdafiə etmək planını genişləndirməyə qərara alıb.

Britaniyanın "Guardian" qəzeti xəbər verir ki, sızan məlumatlara görə, NATO-nun planı Estoniya, Latviya, Litva və Polşanın da cəlb olunduğu qrup "Qartal keşikçi" adı altında yeni regional müdafiə sxemi olub.

NATO rəhbərliyi məlumat verib ki, bu plan bu il təsdiqlənib. Məktubda deyilir ki, Gürcüstanla münaqişədən sonra Baltik yanı dövlətlər və Polşa Rusiya hədələrindən öz təhlükəsizlikləri üçün hədsiz narahat olublar.

Polşa ilə bağlı məktubda deyilir ki, Birləşmiş Ştatlar təklif edib ki, Baltik yanı limanlarda xüsusi dəniz hərbi qüvvələr yerləşdirilsin və Polşada F-16 qırıcı təyyarələr qoysun.

WikiLeaks 10 günə yaxındır ki, ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi 250 000 sənədi yaymağa başlayıb.

ABŞ rəsmiləri sənədlərin oğurlandığını, onun yayılmasının qanunsuz olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG