Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

Güc dövlətlərin İranla danışığı davam edir


Bu gün Cenevrədə İran nümayəndələri və dünyanın 6 güc dövlətinin görüşləri davam edir. Məlumatlara görə, hər iki tərəf dekabrın 7-də başlayan danışıqların ilk gününü "konstruktiv" qiymətləndirib, amma BMT-nin Təhlükəsizlik Şurasının İranın uranın zənginləşdirilməsini dayandırması tələbi ilə bağlı danışıqlarda hansı mövqe göstərilməsi barədə məlumat verilməyib.

Dünya dövlətləri İranın nüvə silahına sahib olmaq istədiyini bildirir, İran tərəfi qətiyyətlə bu itihamı rədd edir, amma uranın zənginləşdirilməsini dayandırmaq tələbi ilə razılaşmır, deyir ki, onun bu işi görmək üçün hüququ var.

İran rəsmiləri ilə keçirilən birinci günkü görüşdə BMT-nin Təhlükəsizlik Şurasının katibi Saeed Jalili, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ nümayəndələri iştirak edib.

Bu il birinci dəfədir ki, İran 6 güc dövlətlə uranın zənginləşdirilməsi ilə bağlı bir araya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG