Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:51

Futbol ölkəsində - Britaniyada futbol şoku səngimir


Rusiyanın Baş naziri Vladimir Putin

Rusiyanın Baş naziri Vladimir Putin

“RUSIYA QƏLƏBƏNI SATIN ALIB”...

“FİFA mafiya qurumuna çevrilməyə çalışır, Rusiya isə artıq mafiya ölkəsidir”. Bu fikirlər Böyük Britaniyanın Daily Star qəzetinin FİFA-nın 2018-ci ildə dünya çempionatını keçirmək haqqını Rusiyaya verməsilə bağlı məqaləsindəndir.

Dekabrın 2-də FİFA-da (Beynəlxalq Furtob Assosiasiyaları Federasiyası) keçirilən səsəvermə ilə 2018-ci ilin çempionatı Rusiyaya, 2022-ci ilin çempionatı isə Qətərə verilib. Artıq bir həftədir Britaniya mediası bu qərarın şokunu yaşayır.

Daily Star yazır ki, mafiya, gizli rituallar, ailə bağlarına əsaslanan qarmaqarışıq oyun qaydaları, böyük pullar, pullar, pullar deməkdir: “FİFA bütün bunlara sahiblənmək istəyir. Rusiyada isə bunlar artıq var. O zaman siz nədən FİFA-nın 2018-ci il çempionatı üçün Rusiyanı seçdiyinə təəccüblənirsiniz?”

FIFA KIMIN ŞƏXSI MÜLKIYYƏTIDIR?

“Yorkshire Post” da FİFA-nın qərarını kəskin tənqid edənlər sırasındadır: “Ötən cümə axşamından başlayaraq çoxlarımız dünya çempionatını daha az sevməyə başlamışıq. Qələbə Rusiya ilə Qətərə veriləndən sonra bəlli oldu ki, dünya çempionatı FİFA İdarə Heyətinin 22 üzvünün şəxsi mülkiyyəti imiş.

Daha futbol ailəsi heç zaman bizim istədiyimiz kimi olmayacaq. İndi Rusiyanın siyasi hakimiyyətinin təsiri və Qətərin neft sərvətləri futbol federasiyasının qərarında ədaləti və şəffaflığı birləşdirdi”.

QƏTTƏZƏ TƏKLİF: “FİFA-NIN MƏMURLARI MOSKVAYA KÖÇSÜN”

“Soccerlens” saytı isə böyük Avropa dövlətlərini FİFA-nı tərk edərək öz federasiyalarını yaratmağı məsləhət görür: “İspaniya, Fransa, Almaniya, Böyük Britaniya olmasa, FİFA da olmayacaq. Qoy, FİFA-nin məmurları Moskvaya köçsünlər, meşələrdəki bağ evlərində yaşayarlar, onlara təqaüd verərlər. Axı çempionatı keçirmək haqqını necə Rusiyaya vermək olardı?”

Bəs, Rusiya dünya çempionatını keçirmək haqqını necə alıb? Bu haqda Rusiya Futbol Birliyinin keçmiş prezidenti Vyaçeslav Koloskov danışıb. Koloskov deyib ki, Rusiyanın baş naziri Vladimir Putin FİFA İK üzvlərinin üçdə biri ilə gizli görüşlər keçirib. Koloskov FİFA təmsilçilərinin nə adını, nə də gizli danışıqların mövzusunu açıqlamasa da, prezident Dmitri Medvedyevin məsələni gündəlik nəzarətdə saxladığını vurğulayıb: “Bununla yanaşı, FİFA-nın çempionatların keçirilməsi coğrafiyasını genişləndirmə siyasəti də Rusiyanın işinə yaradı”.

PUTİNİN UZAQ SİYASİ PLANLARI

“The Times” isə Putinin Kremlə yenidən prezident kimi qayıtmaq üçün 2018- ci il çempionatından yararlanmağa çalışdığını iddia edir: “İosif Satlindən sonra Rusiyanın ən uzunömürlü lideri olması üçün Putin FİFA-ya vəd etdiyi unudulmaz futbol yarışması təşkil etməlidir. Bunun üçün o, irihəcmli dövlət xərclərini öz nəzarətinə keçirməyi bacarmalıdır. Yarışların “uğuru xatirinə” Putin hətta sələfi Dmitri Medvedyevi də postundan sıxışdıra bilər”.

"Sunday Times" daha kəskin ittihamlar səsləndirərək yazır ki, Rusiya FİFA-dan səsləri satın alıb. Qəzet bununla bağlı əldə etdiyi faktları FİFA-ya göndərib açıqlama tələb etsə də, FİFA hələlik susur.

Amma FİFA prezidenti başçılıq etdiyi qurumda dünyna çempionatı al-verinin getməsi barədə ittihamları rədd edir. Ayrı-ayrı rəsmilər haqqında səslənn ittihamların isə araşdırıla biləcəyini deyib.

“BRITANIYALILARI ALDADIBLAR? MƏN BELƏ DÜŞÜNMÜRƏM!”

– bu sözləri isə Rusiyanın baş naziri Putin ölkəsinin ünvanına səslənən ittihamlara cavab olaraq deyib. Putin bildirib ki, ikinci turda İspaniya Portuqaliya duetinin Rusiyaya uduzmasının səbəbi ölkələrin məsuliyyəti paylaşmaq istəməsidir: “Stadionların tikilməsi və gərəkli infrasturukturun yaradılması bizə 10 milyard dollara başa gələcək. CAR-da keçirilən çempionata da bu qədər vəsait xərclənmişdi. Qoy, cənab Abramoviç əlini cibinə salsın – onun pulu çoxdur, kasıblamaz”. Rusiya ekspertləri isə hesab edir ki, Dünya çempionatının keçirilməsinə yol tikintiləri də nəzərə alınmaqla çəkiləcək xərclər 50 milyard dolları keçəcək.

Şərhləri göstər

XS
SM
MD
LG