Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

Almaniya Rusiyaya nüvə yükü göndərilməsi planını dayandırdı


Almaniya hökuməti dekabrın 6-da Rusiyaya radioaktiv tullantıların göndərilməsi planını ləğv edib.

Almaniyanın Ekologiya naziri bu qərarını izah edərkən deyib ki, nüvə yanacağı elementlərinin qanunda göstərilən şəkildə Rusiya obyektlərinə təhlükəsiz çatdırılacağına əmin deyil.

Sentyabrda iki ölkə arasında əldə edilən razılaşmaya görə Almaniyanın şərqindəki keçmiş kommunist müəssisələrindən nüvə yanacağı qalıqları Moskvanın 2000 kilometr şərqindəki Mayak nüvə zavoduna daşınmalı idi. Ətraf mühit fəalları bu prosesdə təhlükəsizlik qaydalarına əməl olunmayacağını deyərək hər iki ölkədə etiraz aksiyaları keçirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG