Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:05

Beynəlxalq Məhkəmə Şimali Koreyanın hərəkətini araşdırır


Haaqadakı Beynəlxalq Məhkəmə Şimali Koreyanın bu yaxınlarda Cənubi Koreya ərazilərini atəşə tutuması ilə bağlı araşdırmaya başladığını elan edib. Dekabrın 6-da məhkəmədə bildiriblər ki, Cənubi Koreyanın hərbi gəmisinin batırılması hadisəsi də araşdırmaya cəlb ediləcək.

Noyabrın 23-də Cənubi Koreyanın atəşə tutulması nəticəsində dörd nəfər həlak olub. Mart ayında Şimali Koreyanın raketlə vurduğu guman edilən Cənubun hərbi gəmisində də 46 nəfər həlak olub.

Bu gün Vaşinqtonda da Dövlət Katibi Hillari Klinton Cənubi Koreya və Yaponiyanın Xarici İşlər nazirləri ilə Koreya yarımadasında yaranan gərginliyi müzakirə ediblər. Nazirlər bildiriblər ki, “Şimali Koreyanın bu təxribat xarakterli hücumlarından narahatdırlar.”

Dünən axşam da ABŞ prezidenti Barak Obama Çinin prezidentinə zəng vuraraq ondan xahiş edib ki, Şimali Koreyaya bu cür təxribatların yolverilməz olduğunu çatdırsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG