Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

Medvedev NATO-nun raketdən müdafiə sistemini Moskva birlikdə qurmalı olduğunu deyir


Rusiya prezidenti Dmitri Medvedev hesab edir ki, NATO alyansı Avropada qurmaq istədiyi raketdən müdafiə sistemlərinə Rusiyanı da cəlb etməlidir. Yoxsa, yeni silahlanma yarışı riskini alovlandıra bilər.

Bu barədə Medvedev Polşanın “Wprost” həftəliyinə müsahibəsində bildirib. Medvedev dekabrın 6-da iki günlük səfərlə Polşaya gedib.

Keçən ay NATO və Moskva həmin raketdən müdafiə sistemlərinin qurulmasında əməkdaşlıq etməyə razılaşıblar.

Son bir neçə ildə NATO-nun Polşa və Çexiya ərazisində belə raketdən mühafizə sistemləri yerləşdirmək planları ciddi polemikalara səbəb olmuşdu. Moskva buna qarşı Kalininqradda raketlər yerləşdirəcəyi ilə hədələmişdi. Nato isə həmin sistemlərin Rusiyaya qarşı deyil, İrandan gələn hədələrə cavab olduğunu bildirirdi.

Polşa prezidenti ilə görüşündə Medvedev bildirib ki, onun ölkəsi NATO və Avropa Birliyi ilə əhatəli əməkdaşlıq qurulması istiqamətində çalışır.

İki prezident həmçinin iqtisadi, siyasi və mədni əlaqələri genişləndirməyi nəzərdə tutan razılaşmaların imzalanmasını nəzərdən keçiriblər.

Dövlət başçıları Smolenskdə Polşanın mərhum prezidenti və onunla birlikdə təyyarə qəzasında həlak olan 95 nəfərin xatirəsi üçün abidə qoyulmasını razılaşdırıblar.

Lex Kaçinski və 95 nəfər dövlət rəsmisi bu ilin aprelində Rusiyada Smolenskdə təyyarə qəzasında həlak olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG