Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

İsveçrə WikiLeaks-in təsisçisinin bank hesabını bağladı


İsveçrə bankı WikiLeaks saytının təsisiçisi Julian Assange-ın bak hesabını bağlayıb. Dekabrın 6-da bankdan məlumat veriblər ki, buna səbəb Assange-ın hesab açarkən banka düzgün məlumat verməməsi olub.

Wikileaks son 10 gündə ABŞ diplomatlarının dünyanın müxtəlif yerlərindən ölkələrinə göndərdikləri gizli yazışmalar olduğunu iddia etdiyi sənədlər yayır. Həmin sənədlərdə ABŞ diplomatlarının işlədikləri ölkələrin liderləri haqqında mülahizələri, bəzən ittihamları əksini tapır.

ABŞ belə sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib. Buna görə Wikileaks-in ABŞ-dakı saytları bağlanıb.

Rəsmi təsdiq edilməmiş məlumatlara görə saytın təsisçisi Julian Assange hazırda Britaniyada gizlənir. İsveçdə onu seksual zorakılıq cinayətinə görə axtarışa veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG