Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:00

Fransa ABŞ hava yolları şirkətini 1.5 nmilyon avroya yaxın məbləğdə cərimələdi


Fransa məhkəməsi dekabrın 6-da ABŞ-ın Continental hava yolları şirkətinin 1 200 000 avro məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Məhkəmə şirkəti 10 il əvvəl Paris yaxınlığında 113 nəfərin ölümü ilə nəticələnən qəzada günahkar bilib.

İddiaya görə Continental hava yollarının təyyarəsindən düşən metal parçası paris yaxınlığında başqa bir təyyarənin qəzaya uğramasına səbəb olub. Nəticədə onun göyərtəsində 109 nəfər, yerdə isə dörd nəfər həlak olub.

Fransa məhkəməsinin qərarına görə Continental şirkətinin mexaniki də 15 aylıq şərti azadlıqdan məhrumetmə ilə cəzalandırlıb.

Continental isə həmin qəzada Air Fransa şirkətini ittiham etmişdi. Dekabrın 6-da çıxardığı qərarla Fransa məhkəməsi həmin ittihama görə Continental şirkətinin Air France şirkətinə 1 milyon dollar mənəvi təzminat ödəməsini tələb edir.

Continental məhkəmənin bu qərarlarını “absurd” adlandırıb və ondan şikayət verəcəyini bildirib.
XS
SM
MD
LG