Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21
Rusiyada yol polisi bu ilin martında sürücüdən aldığı 2000 rubl (təxminən 67 dollar) pulu yeməli olub. Amma yenə də onu rüşvət almağa görə dekabrın 6-da üç il şərti azadlıqdan məhrum ediblər.

Çelyabinsk rayon istintaq idarəsindən verilən məlumata görə hadisə bu ilin martında baş verib. Həmin gün polis kapitanı Aleksey Nikolaev ötmə zamanı qayda pozuntusuna yol verdiyi üçün sürücünü saxlayıb. Yol polisi sürücüdən rüşvət tələb edib. Sürücü bu pulu verməyə razılaşıb, amma dərhal da yaxınlıqdakı başqa polisə zəng edərək kömək istəyib. Tutulacağını görən polis kapitanı öz maşınına əyləşərək qapıları bağlayıb və ... içəridə sürücüdən aldığı pulları yeməyə başlayıb.

Sürücü bunun biri 1000, ikisi 500 rublluq əskinaslar olduğunu deyib.

Amma polis kapitanı həmkarlarından yaxasını qurtara bilməyib. Rüşvət almaq ittihamı ilə onun işini məhkəməyə göndəriblər. Dekabrın 6-da isə polis kapitanı Aleksey Nikolaev üç il şərti cəza alıb.

Eyni vəziyyəti Azərbaycanda da təsəvvür edirsinizmi?

Fikirlərinizi göndərin, bir az söhbətləşək!

Şərhləri göstər

XS
SM
MD
LG