Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Məhərrəmlik başlayır


Dekabrın 7-dən Məhərrəmlik ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı məlumat yayıb. QMİ-nin mətbuat xidmətindən verilən məlumatda Məhərrəmlik ayı dekabrın 7-nə, Aşura günü isə dekabrın 16-na təsadüf edir.

Qurumun yaydığı məlumatda qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG