Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20

4 nəfər yanıb ölüb


Mingəçevirdə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yanğın olub. Ümumi sahəsi 20 kv.m olan mənzilin 12 kv.m-i yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər binanın 4-cü mərtəbəsindən 10 nəfər sakini çıxarıb. Yanğın saat 00:55-də söndürülüb.

Yanğın yerindən ev sahibi, 1966-cı il təvəllüdlü Elşad Həsənovun və onun qızı 2010-cu il təvəllüdlü Xədicə Həsənovanın cəsədi aşkarlanıb.

Sabirabadda isə 200 kv.m-lik fərdi yaşayış evində yanğın olub. Evin 100 kv.m-i yanıb. Yanğın yerindən ev sahibi, 1926-cı il təvəllüdlü Aslan Babaşovun və onun nəvəsi 2007-ci il təvəllüdlü Raqif Babaşovun cəsədi aşkarlanıb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG