Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:05

Metroda bomba həyacanı


Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yalan çıxıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəbər daxil olan kimi nazirliyin xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanları mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada şübhəli əşya aşkar edilməyib.
XS
SM
MD
LG