Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Moskvadan Mineralnıe-Vodıya uçan təyyarə qəzaya uğrayıb


Domodedovo Airport

Domodedovo Airport

"Дагестанские авиалинии" (Dağıstan hava yolları) şırkətinə məxsus "Tu-154" təyyarəsi Mokvanın "Domodedovo" aeroportunda məcburi eniş həyata keçirib. Təyyarə Rusiya paytaxtının digər hava limanı "Vnukovo"dan cəmi yarım saat əvvəl havaya qalxmışdı.

Lakin Moskva-Mineralnıe Vodı reysi ilə uçan təyyarə havaya qalxandan bir qədər sonra onun mühəriiklərinin hər üçü dayanıb. Bundan başqa, onun naviqasiyagenerator sistemlərinin də sıradan çıxdığı bildirilir.

Belə bir vəziyyətdə təyyarənin heyəti Domodedovada yerə enməyi qərara alıb. Qəza enişi zamanı təyyarə uçuş zolağından çıxıb aeroportun mühafizə səddinə çırpılıb.

Hadisə şahidləri təyyarənin xeyli zədələndiyini, dərhal hadisə yerinə yanğınsöndürən maşınların cəmləşdiyini bildiriblər.

Rusiyanın FHN 2 nəfərin həlak olduğunu, 50-ə yaxın adamən isə yaralandığını təsdiq edib.

Təyyarədə 163 sərnişinin və 8 heyət üzvünün uçduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır. Rusiya mətbuatı xəbər verir ki, hava nəqliyyatının təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutan maddə üzrə cinayət işi açılıb. Rusiyanın Baş prokuroru işin təhqiqatını nəzarətə götürüb

Günün bütün mövzuları

XS
SM
MD
LG