Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Torpağımı verin, toxumumu səpim


O istəyir ki, taxıl əksin, biz də çalışırıq haradansa tapaq verək.

O istəyir ki, taxıl əksin, biz də çalışırıq haradansa tapaq verək.

Tovuz rayonunun Vahidli kənd sakini Rizvan Məmmədov «Qaynar xətt»ə şikayət edib ki, hələ 1990-cı illərdə prezidentin fərmanı ilə kəndlilərə pay torpaqları paylananda, nədənsə Tovuz rayon İcra Hakimiyyəti onu yaddan çıxarıb.

14 İL İCRA HAKİMİYYƏTİ YOLLARINDA

14 ilə yaxındır ki, əkin-biçin üçün ona da pay torpağı ayrılmasına çalışsa da, nail ola bilmir. Hər dəfə əkin-biçini onun-bunun torpağında, xahişlə-minnətlə edir:

«14 ilə yaxındır ki, mən hər gün İcra Hakimiyyətinə gedib gəlirəm. Mənimlə birlikdə başqa kəndlilər də var ki, pay torpaqlarımızı vermirlər, başımıza oyun açırlar, əkinçiliklə məşğul ola bilmirik. Kənd bələdiyyəsinə, icra nümayəndəsinə müraciət edirik, xeyri yoxdur. Özləri 10-15 hektar sahədə toxum səpirlər, ancaq bizim pay torpağımızın normasına uyğun yer vermirlər ki, biz də əkək. Toxumu almışıq, dərmanı almışıq, əkməyə yerimiz yoxdur. Hamının özünün yeri var, bu yerlər paylanıb, 5-10 nəfər kəndli qalıb, bunlara da hər il əziyyət verirlər. Dəfələrlə torpaq şöbəsinin qəbulunda oluram, onun tapşırığıyla müvəqqəti yer verirlər, əkmişəm, bu biri il yenə qalıram havada. İslahat oldu, islahatda hər ailənin neçə üzvü var, o ailə üzvlərinin sayına uyğun verilir. Bizim ailənin pay torpağı 1 hektar 40 sotdur. 1 hektar 40 sotu da, 15 ilə yaxındır ki, gedib gəlməkdən yorulmuşam, mənə vermirlər».

BƏXTİ ÜZÜNƏ GÜLMƏYƏN KƏNDLİ

Vahidli kənd icra nümayəndəsi Oqtay Mürsəlov deyir ki, kənddə həqiqətən də bir neçə il əvvəl torpaq islahatları aparılıb və kəndlilərə pay torpaqları paylanıb. Lakin sərhəd kəndidir deyə, bu islahat elə bir neçə il əvvəl də dondurulub. O vaxt hansı kəndlinin bəxti üzünə gülübsə, o, bu torpaq islahatından yararlana bilib. Rizvan Məmmədov kimi kəndlilər isə paylarını alana kimi islahat dondurulub:

«Düzdür, indi müəyyən yerlər var ki, əkən yoxdur. Ancaq həmin yerlərin də sahibləri var. Onlar deyirlər ki, əkmirəm, biçənək edəcəyəm. Yəni, torpaq sahəsini vermək istəmir».

İcra nümayəndəsinin deməsinə görə, bununla belə, əkin biçin üçün Rizvan Məmmədovu heç də əliboş qoymurlar:

«Hazırda əlində 80 sot torpaq sahəsi var, onun 30 sotu əkin, 50 sotu biçənək sahəsidir. O istəyir ki, taxıl əksin, biz də çalışırıq haradansa tapaq verək. Torpaq şöbəsinin müdiri də tapşırıb mənə, biz hərəkət edirik, çalışırıq. Yolu odur ki, gərək kiminsə torpağından kəsib verəsən».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG