Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

İran nüvə haqqının müzakirə mövzusu olmadığını deyir


İran gələn həftə Cenevrədə keçiriləcək görüşdə nüvə hüququnda güzəştə getməyəcəyini bəyan edib.

Danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Səid Cəlali şənbə günü dövlət televiziyasına deyib ki, İranın nüvə haqqı müzakirə mövzusu olmadığından, əvvəlki görüşlərdə olduğu kimi Cenevrədə də bu məsələ müzakirə predmeti ola bilməz.

Qeyd edək ki, bazar ertəsi Çenevrədə Tehranla, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin arasında növbəti görüş gözlənilir.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG