Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

Avtomagistrallarda kameralar quraşdırılacaq


Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq.

Bu barədə «APA»ya Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bu məqsədlə yenidənqurma işləri başa çatdırılmış avtomagistrallarda hər bir hava şəraitində video nəzarəti həyata keçirmək imkanlarına malik kameraların qurulması planlaşdırılır.

Ümumilikdə yollara nəzarət vahid mərkəzdən idarə olunacaq ki, bu, həm təhlükəsizliyi təmin edəcək, həm də yol hadisələrinin nəticələrinin tez bir zamanda aradan qaldırılmasında rol oynayacaq.

Hazırda Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində nəqliyyat sisteminə nəzarət etmək üçün Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin qurulması istiqamətində işlər aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG