Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Səudiyyə Kralının onurğasında daha bir əməliyyat olacaq


Səudiyyə Ərəbistanından yayılan rəsmi məlumata görə ABŞ-da müalicə olunan Kral Abdullanın onurğasında daha bir cərrahiyyə əməliyyatı olacaq. Doqquz gün əvvəl kral fəqərələrarası disk yırtığı diqnozu ilə əməliyyat olunmuşdu.

Səudiyyədə kral məhkəməsinin yaydığı məlumatda bildirilir ki, növbəti əməliyyatda kralın fəqərə sümüyündə bəzi problemlər aradan qaldırılacaq.

Kral Abdullanın 86, ya da 87 yaşında olduğu guman edilir. Onun xəstələnməsi haqqında məlumatlar çox nadir hallarda yayılıb. İndi yaşına və bu cür məlumatların yayılmasına görə dünyanın ən vacib neft ixracatçısı və Yaxın Şərqin ən vacib oyunçularından olan Səudiyyənin siyasi gələcəyi barədə suallar yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG