Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Obama Əfqanıstana gedib


ABŞ prezidenti Barak Obama dekabrın 3-də əvvəlcədən elan edilmədən Əfqanıstana səfər edib. Prezident ABŞ qoşunlarının əsas bazası yerləşən Bağram hava limanına enib.

Barak Obamanın bir neçə saat həmin bazada qalacağı, oradan videokonfransla Əfqanıstan prezidenti Həmid Karzayi ilə danışacağı gözlənir. Rəsmilər pis hava şəraitinə görə Obamanın vertolyotla Kabula getməsinin mümkün olmadığını deyirlər.

Bu, Barak Obamanın prezident seçiləndən bu yana Əfqanıstana ikinci səfəridir. Bugünlər Vaşinqtonun Əfqanıstanda müharibə strategiyasının dəyişdirilməsi üstündə işlədiyi haqqında məlumatlar yayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG